Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gözəl görünməyin sirri

Gözəl görünməyin sirri

Gözəl görünməyin sirri


Qədim zamanlardan bəri insanlar gözəlləşmək məqsədilə qatıqdan istifadə ediblər.

Bu da təsadüfi deyil, çünki bu məhsul bir çox vitamin və minerallarla zəngindir. Qatıq dəri üçün çox faydalıdır. Sızanaqları azaldır, qızartını aradan qaldırır, anti-bakterial xüsusiyyəti sayəsində iltihabları yox edir. Tərkibindəki “alfahidroksikasit” adlı maddə dəridəki qırışların azalmasına, ləkələrin rənginin açılmasına və yaşlılıq əlamətlərinin itməsinə kömək edir.

lunar.az ən effektli qatıq maskasını təqdim edir:

“3 problem” maskası:
Tərkibi:
1 çay qaşığı qatıq
1 çay qaşığı bal
1 çay qaşığı yulaf

Hazırlanması və tətbiqi:

Bütün məhsulları qaba töküb yaxşıca qarışdırın. Maskanı barmağınızla təmiz dəriyə çəkin, 10-15 dəqiqə gözləyib ilıq su ilə təmizləyin. Daha sonra üzünüzü 3 dəfə buz kimi soyuq su ilə yuyun.

Bu maska həm sızanaqları yox edir, həm qırışları açır, həm də dəriyə parlaqlıq verir.








SENINEM от 7 avqust 2016 01:34
MARAQLI VE ASANMIW SAOL
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ