Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Makiyajsiz gozel gorunmeyin 7 usulu

Makiyajsiz gozel gorunmeyin 7 usulu

Makiyajsiz gozel gorunmeyin 7 usulu


Gözəl görünmək üçün hər zaman makiyaja ehtiyac yoxdur. Gözəl görünmək üçün; bir göz qələmi, ənlik bəs edər deyirlər, amma ona belə ehtiyac olmadığını eşidib təəccüblənməyin.
Dərinizin, üzünüzün təbii gözəlliyini kəşf etməyin vaxtı çatdı. Bəzi məsləhətlərimiz sayəsində makiyaj etmədən də gözəl olacaq və özünüzü gözəl hiss edəcəksiniz.
Gözəl görünməyin bir çox yolu var, bunlardan bəzilərini kəşf etməyə nə deyirsiniz?

1. Qaşlar: Gözəl bir qaş üz ifadənizi tamam dəyişdirə bilir. Heç makiyajdan istifadə etmədən ilk işiniz yaxşı bir qaş alana qaşlarınızı formaya saldırmaq.

2. Peeling: Dəriniz necədir? Onunla məşqul olursunuzmu? Makiyaj etsəniz də etməsəniz də nizamlı peeling çox vacibdir. Gözəl bir dəri üçün ölü hüceyrələrinizdən qurtulmağınız başlıca şərtdir. Həftədə ən az bir dəfə dəri tipinizə uyğun peeling edin.

3. Kirpiklər: Gözlərinizin önə çıxmağını təmin edən kirpiklərinizə də qayğı göstərməlisiniz. Həcmli və dolğun görünməyi üçün ona badam yağı və ya vazelin çəkin. Bir də kirpik qatlayan "qayçı” ilə qatlasanız, bu da olur sizə gözəl görünüşlü kirpiklər.

4. Dodaqlar: Dodaqlarınıza da dəriniz kimi peeling edə biləcəyinizi bilirdinizmi? Yavaşca onları ova bilərsiniz. Daha sonra nəmləndirici sürtdükdə canlı və həcmli görünəcəklər.

5. Nəmləndirici: Dəri tipiniz nə olur olsun nəmlənməyə hər zaman ehtiyac duyur. Nəmləndirici kremlər üzünüzün sağlam və parlaq görünməyinə səbəb olurlar. Mütəmadi istifadə etməsəniz dəriniz mat və quru görünəcək.

6. Gözlər:
Gözünüzə makiyaj etməyi sevməyə bilərsini, ya da gözlərinizin makiyaj məmulatlarına allergiyası ola bilər. Gözlərinizin şişkin və gözəltlarınızın qara görünməyini istəmirsinizsə,hər şeydən əvvəl yuxu rejiminzə diqqət etməlisiniz. Gül suyu ilə kompres etsəniz yaxşı görünümünə qayıdar.

7. Dişlər: Gülümsəyəndə ortaya çıxan dişləriniz gözəlliyinizin ən vacib ünsürlərindən sayılır. Təmiz və parlaq dişlər üçün dişlərinizi müntəzəm fırçalayıb damaq ipi istifadə etməlisiniz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ