Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yumurta ağı ilə dərinizi qoruyun

Yumurta ağı ilə dərinizi qoruyun

Yumurta ağı ilə dərinizi qoruyun

Yumurta ağı ilə dərinizi qoruyun.
Qara nöqtələr, sızanaqlar, qırış qorxusu səni narahat edirsə buna son qoy. Yumurta ağı ilə maska işə yarayacaq.Tərkibində 50-dən çox zülalı birləşdirən və çox xeyirli bir qida olan yumurta daxildən orqanizmə yararlı olduğu kimi, xaricdən də ona xeyir verir. İçindəki zülallar, kolajen və A vitamini dəri tərəfindən tam şəkildə mənimsənildiyi üçün yumurta ağı maskası dəri üçün çox faydalıdır.

Tərkibi
Yumurta – 1ədəd
Limon suyu – 1 neçə damcı

Hazırlanması
Yumurtanın ağı sarısından ayrılır. İçərisinə 1 neçə damcı limon suyu əlavə edilir və köpüklənib ağarana qədər çalınır. Sonra təmiz üzə çəkilir. Gözlərə isə qurumasın deyə xiyar qoya bilərsən və ya göz ətrafına yaxın yerlərə maskanı uyğulamaya bilərsən. 15-20 dəqiqə quruduqdan sonra ikinci qatı yenidən eyni qayda ilə üzünə çək. Və 15-20 dəqiqə quruyana qədər gözlə. Sonra ilıq su ilə yu. İstəsən nəmləndirici krem çəkə bilərsən maskadan sonra.
Faydaları

1. Qırışları yumuşaldır
2. Məsamələri azaldır
3. Xüsusilə yağlı dərilərdə daha yaxşı təsirli olur
4. Tərkibindəki kolajen sayəsində dərinin elastikliyini artırır
5. Dərini dartar
6. Dəriyə parlaqlıq verir
7. Sızanaqların yaranmasının qarşısını alır
8. Yaşlanmaya qarşı mübarizə aparır
9. Qara nöqtələri təmizləyir
10. Üzdəki ləkərə qarşı da xeyirlidir

Diqqət etməli olduğun nöqtələr
- Yumurtaya qarşı allergiyan varsa bu maska sənlik deyil

- Allergiyanın olub-olmadığını yoxlamaq üçün əlinin dərisinin bir hissəsinə maskadan çəkib bir az gözləyib reaksiyaya baxa bilərsən

- Normal və ya quru dəriyə sahibsənsə yumurtanın ağı dərini daha da qurudacaq. Ona görə yumurtanın sarısı ilə ikinci bir maska – nəmləndirici maska edə bilərsən

- Hamilələr bu maskadan istifadə edərkən diqqətli olmalıdırlar ki, çiy yumurta ağızlarına girməsin. Bu toksoplazmaya qarşı ziyanlıdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ