Tərkibi:
Sprey şüşəsi
1 stəkanın üçdə biri süd
Daraq
Bal, banan və ya çiyələk
Hazırlanması:
Bir sprey şüşəsinin üçdə birini süd ilə doldurun.
İçinə bir az bal, yaxşıca su kimi pürə halına gətirdiyiniz çiyələk və ya bananı da əlavə edə bilərsiniz.
Yaxşıca qarışdırın, meyvələr saçınızın həm gözəl iy verməsini təmin edəcək həm də saçlarınızı nəmləndirəcək. Bütün saçınıza südü püskürdün. Saç diblərinizin yaxşıca islandığından əmin olun. Saçlarınızı geniş dişli bir daraqla darayın.
Saçınıza masaj edib, maskanı yedirin. 20 dəqiqə saçlarınızda qalsın. Saçınızı hər zamanki kimi şampunlayıb, yuyub durulayın.Dalğalı saçlarınız varsa bu üsulla saçlarınız düzləşəcək, lakin buruq saçlarda çox işə yaramaz.