Rejissor senarist yazıçı Ümid Amin ərsəyə gətirdiyi bu qısa film haqqında danışdı .
-Son zamanlar narkomaniya geniş yayılıb və gənclərin yeniyetmələrin həyatı demək olar ki 1 dəqiqə də dəyişir pisə doğru gedir yani , məhv olur narkomaniya heç də yaxşı gələcək vəd etmir insana.
Buda o deməkdir ki artan hər bir narkoman zamanla çevrəsində olan hər bir kəsə təsir göstərir və beləliklə gələcək nəsillərimiz bədbəxt olur. Bilirsiniz narkomaniya qarşı çox filmlər çəkilib , daima təbliğat gedir amma görülən işlər hamısı bir birinə bənzəyir şablon kadrlar , şablon düşüncə.
Mən hər kəsdən fərqli olaraq narkomaniya haqqında əl jestləri ilə çatdırmaq istədim necə başlayır və necə sona çatır. Düşünürəm ki çox uğurlu alındı çünki dayanmadan telefonuma fərqli sahələrdə çalışan insanlar zəng edirlər öz minnətdarlığını bildirirlər. Maarifləndirici işlər görmək lazımdır
Məntiqsiz filmlər çəkib cəmiyyəti zəhərləmək lazım deyil.