“Koronavirus süni şəkildə yaranıb ki, 1 nəfər özünü Allah elan etsin” - ZİRƏDDİNDƏN ŞOK PROQNOZ - VİDEO
Dünyaca məşhur öncəgörücü Zirəddin Rzayev COVİD 19 virusu haqda şokedici proqnoz edib.
Lunar.az xəbər verir ki, bu haqda video açıqlama yayan ekstrasens bildirir ki, bir müddət sonra insanlara maskasız, analizlərsiz və əvvəlki həyatlarına qayıtmaları üçün yalnız bir şərt qoyacaqlar. Bu da çiplənmə olacaq. Ekstrasens bildirir ki, məhz çiplənmə vasitəsilə insanların beynini idarə etmək mümkün olacaq. Fikir azadlığı deyilən bir şey olmayacaq.
Yer kürəsi vahid dövlətdən ibarət olacaq. Müxtəlif quberniyalar olacaq. Hər quberniyanın öz rəhbəri olsa da, hamı bir rəhbərə tabe olacaq. Həmin rəhbər isə özünü Yer kürəsinin Allahı elan edəcək.
Z. Rzayev əlavə edib ki, ümid edir ki, Uca Tarnı bu öncəgörmələrin həyata keçməsinə icazə verməyəcək.