Əxlaqsız təklifinə görə müdirini döşəməsilənlə döydü – VİDEO
Hökumət idarəsində işləyən qadının öz müdirini döşəməsilənlə döyməsi barədə kadrlar sosial şəbəkələrdə virus kimi yayılıb.
"Daily Mail"in məlumatına görə, kadrlar Çindəndir.
Bildirilir ki, Çjou adlı qadının qəzəblənməsinə səbəb müdirinin ona və digər iş yoldaşlarına əxlaqsız ismarıclar yollaması olub.
Qadın döşəməsilənlə kifayətlənməyib, ofisi dağıdıb, müdirinin başına kitab çırpıb.
Bütün bu müddətdə isə kişi öz yerində oturub heç bir müqavimət göstərməyib. Nəşrin məlumatına görə, kişi bunu zarafat məqsədiylə etdiyini desə də, işindən qovulub.