Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xərçəng xəstəliyi artacaq, genetik mutasiyalar yaşanacaq

Xərçəng xəstəliyi artacaq, genetik mutasiyalar yaşanacaq

Şimal qütbünün cənub, cənub qütbünün da şimal olması qısa müddətdə reallaşa bilər. Hərçənd ki, bu prosesin 2 min il çəkəcəyi gözlənilirdi.

Lunar.az xəbər verir ki, bununla əlaqədar Avropa Kosmos Təşkilatı tərəfindən araşdırma aparılıb.

Aparılan son araşdırmalar prosesin 100 il içərisində tamamlanması ehtimalını gündəmə gətirib.

Avropa Kosmos Təşkilatı nəticə olaraq bildirib ki, Şimalda qütb nöqtəsi 1831-ci ildən bu yana Sibir istiqamətində irəliləyir. Eyni zamanda dünyanın maqnit sahəsi də təxmin edilənlərdən 10 qat çox zəifləyir.

Maqnit sahəsinin zəifləməsi dünyanın qoruyucu qalxanının da zəifləməsi deməkdir. Buna görə, elm adamları xərçəng xəstəliyinin artması və genetik mutasiyaların yaşanması, canlıların zәrәr görә bilәcәyi ilə bağlı xəbərdarlıq ediblər. (publika.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ