Sevgililər Günü yaxınlaşdığı halda hələ nə edəcəyinizə dair bir fikiriniz yoxdur? Hər vaxt edilən klişelerden sıxıldınızmı? O zaman sizə sevgililər günündə edə biləcəyiniz bir neçə təklifi təqdim edirik.
1) Birlikdə yemək hazırlayın Sevgilinizlə birlikdə yemək hazırlamaq çox əyləncəli və romantik bir fikir ola bilər. Ayrıca birlikdə bir şeylər etmənin birləşdirici təsirini də unutmamaq gərəkdir. Yemək bişirməyi çox yaxşı bilməsəniz də, birlikdə edəcəyiniz bir makaron belə həyatınızda yediyiniz ən yaxşı yeməklərdən biri olacaq.
2) Gəzintiyə çıxın Fevral ayında hava, çöldə gəzmək üçün bir az soyuq ola bilər, amma açıq havada sevgilinizlə birlikdə romantik bir gəzintinin nə qədər gözəl olacağını düşünün. 3) Qəhvə Qulağa çox sadəmi gəlir? Halbuki ən gözəl fikirlər ümumiyyətlə ən sadə olanlardır. Sevgilinizlə baş-başa romantik bir mühitdə qəhvə içərkən, dilədiyiniz qədər söhbət edə biləcəyinizi unutmayın!
4) Birlikdə edə biləcəyiniz bir hobbi tapın Birlikdə uzun zamandır bir şeylər edə bilmirsinizmi? Sevgililər günü yeni bir şeylər sınamaq üçün ideal bir gündür.
5) Anti-sevgililər günü Sevgililər günü niyə mütləq romantik olsun ki? Bu günü öz tərzinizdə qeyd edə bilərsiniz. Romantizm çoxda vecinizə deyilsə, birlikdə əylənə biləcəyiniz hər hansı bir şeyi etməniz kafi olar.