Adi müəllimənin əşyalarını aldı - XƏZİNƏ TAPDI - FOTO-VİDEO
Kanadada antik mağaza sahibi Aleks Arçbold adi musiqi müəlliməsiBett-Coan Rekin ölümündən sonra evindəki bütün əşyaları aldıqda sürprizlə qarşılaşıb.
Lunar.az xəbər veri ki, bu barədə "Bored Panda" yazır.
Belə ki, əşyalara 10 min dollar (təxminən 17 min manat) verən Arçbold həmin müəlliməni bir neçə il tanısa da, vində heç vaxt olmayıb, lakin qadının pianosu olduğunu bilib.
Həmin pianonun bəlkə bir dəyəri olduğunu düşünən Aleks yaşayış yerini təmizləyərkən daha dəyərli əşyalar aşkarlayıb: nağd pul, dizayner geyimləri, xəz paltarları, kolleksiya qəpikləri və gümüş külçə.
Mütəxəssisin hesablamalarına görə, bunların ümumi dəyəri 400 min dollar (təxminən 680 min manat) təşkil edib.
"Bu, indiyə qədər etdiyim ən yaxşı investisiya oldu!" - deyən Arçbold qadının pianosunu mağaasının yanında açdığı kafedə yerləşdirib.