Komada olan qadın uşaq dünyaya gətirdi - FOTO - VİDEO
Koronavirusa yoluxduğu üçün süni koma vəziyyətində olan qadın uşaq dünyaya gətirib.
Bu barədə “15 News” xəbər yayıb.
Bildirilir ki, ABŞ-ın Viskonsin ştatından olan Kelsi Taunsend doqquz aylıq hamilə ikən koronavirusa yoluxub. Daha sonra qadın huşsuz vəziyyətdə olarkən qız uşağı dünyaya gətirib.
“Reanimasiyada idi. Onu artıq itirdiyimizi düşündüyümüz, qorxduğumuz vaxtlar çox oldu”, - deyə əri Derek bildirib.
Həkimlər, amerikalı qadının sağ qalması üçün ikiqat ağciyər transplantasiyasına ehtiyac olduğuna qərar vermişdilər. Lakin xəstənin vəziyyəti əməliyyat olmadan qəfil düzəlməyə başlayıb.
“Ağciyərlərinin niyə düzəlməyə başladığını bilmirik”, - tibb işçiləri etiraf edir.
Yalnız üç ay sonra qadın evə qayıdıb və yeni doğulmuş qızına qovuşub.