Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Mütəxəssislər virusu məhv edən maskalar hazırlayıblar

Mütəxəssislər virusu məhv edən maskalar hazırlayıblar

Sürix Tətbiqi Elmlər Ali Məktəbinin tədqiqatçıları İsveçrənin "Osmotex" şirkəti ilə birlikdə virusları məhv edə bilən və təkrar istifadəyə yararlı maska hazırlayıblar.

Lunar.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar bu maskaları koronavirusa qarşı da uğurla sınaqdan keçiriblər. Alimlər maskanın funksiyasını izah edərkən bildiriblər ki, maska quruluşuna görə sendviç ilə müqayisə edilə bilər. Xüsusi tekstildən hazırlanmış maskanın içərisində izolyasiyalı membran təbəqəsi mövcuddur. Həmin membran təbəqəyə kiçik batareyadan aşağı voltlu elekrik gərginliyi ötürülür. Bu zaman meydana gələn reaktiv oksigen molekulları viruslarla təmasa girir və bir neçə dəqiqə içərisində virusları zərərsizləşdirir. Həmçinin bildirilib ki, maska virusların elektro-kimyəvi yolla sıradan çıxarılması ilə yanaşı, filtr funksiyası və virus hüceyrələrini passiv şəkildə zərərsizləşdirilməsinə xidmət edən ayrıca təbəqə ilə təmin olunub.

"MS2" bakteriofaqı adlanan viruslarla aparılan testlər zamanı alimlər elektro-kimyəvi tekstillərin 99 faizdən yuxarı olan antiviral təsirini müəyyən ediblər. Ona görə də bu maskanın SARS-CoV-2 virusuna qarşı tətbiqi tövsiyə olunub və yaz aylarında maska 25 İsveçrə franka satışa çıxarılacaq.

İndiyədək antiviral tekstil üçün sertifikatlaşma həyata keçirilmədiyinə görə alimlər bu material üçün standartlaşdırılmış patent sistemi üzərində iş aparırlar. Əgər bu materialın səmərəliliyi özünü doğruldarsa, gələcəkdə bu texnologiyanın ictimai nəqliyyatda oturacaqlar və qapı dəstəkləri üçün örtüklərin hazırlanmasında, eləcə də viruslarla təmasın məhdudlaşdırılmasının tələb olunduğu digər sahələrdə tətbiqi mümkün ola bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ