İngiltərədə quşları çəkən fotoqraf gözləmədiyi halda sürprizlə qarşılaşıb. Publika.az xəbər verir ki, o, quşları izlədiyi zaman qarşısına qədim sandıq çıxıb.
Beləki 2 min il yaşı olan sandığın içərisindən 1 milyon 144 min dollar (təxminən 9 milyon Türkiyə lirəsi) dəyərində qızıl çıxıb.
Hadisə antik şəhər qalıqlarının olduğu yerdə baş verib.
“Axşam tarlada quşları izləyir, şəkillərini çəkirdim. Bir qartalla sağsağanın dalaşmasını izlədim. Ərazidə qəribə bir əşya gördüm.
Öncə elə bildim ki, metal bur qurğudur. Yaxınlaşanda gördüm sandıqdır. Qapağını açdım, Kelt dövrünə aid qızılları gördüm” – deyə, fotoqraf bildirib.