“Cinema Blend”in xəbərinə görə, bu barədə filmin rejissoru Ceyms Kameron məlumat yayıb.
“İkinci hissəni tam bitirmişik, “Avatar-3”ün isə çəkilişlərini təxminən 95 faiz tamamlamışıq”, - deyə o bildirib.
Koronavirus pandemiyası səbəbindən çəkilişlərin dayandırılmasından şikayətlənən rejissor bu səbəbdən “Avatar 2”nin premyerasının bir il təxirə salındığını deyib.
İlkin məlumatlara görə, təqdimat 2022-ci ilin dekabrın 16-na təyin olunub.
Qeyd edək ki, “Avatar” 2009-cu ildə ekranlara verilib. 237 milyon dollarlıq büdcəsi olan bu lent dünya kassalarında 2.7 milyard dollardan çox qazanıb və on il ərzində ən çox gəlir əldə edən film olub.