Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şərab içənə salam vermək olarmı?
  • Facebook
  • Twitter
  • ► Maraqlı / Maraqlı Məlumatlar / İslam
  • Baxis 778
  • 15-08-2020, 08:37

Şərab içənə salam vermək olarmı?

Şərab - haram içəcəkdir ki, dinimiz onu hamıya haram buyurmuşdur. Hər kim şərab içərsə, dinin hökmlərinə qarşı çıxar və Allahı qəzəbləndirər. Ona görə də mömin şərabdan uzaq durmalıdır.

Bununla bağlı bəzi hədislərə müraciət edək.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah lənət etmişdir - şərabı, şərab istehsal edəni, o kəsi ki, şərab əldə etmək üçün ağac əkər, şərabxoru, şərab satanı, şərab alanı, o kəs ki, şərab pulunu yeyər, o kəs ki, həmin pulu gəzdirər, o kəsi ki, şərab onun üçün gətirilər".

İmam Rza (ə) buyurur: "Allah elə bir peyğəmbər (ə) məbus etməmişdir, məgər şərabı haram etməsin".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Allaha və Qiyamət gününə iman bəsləyər - şərab içilən süfrədə əyləşməz".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim şərab içərsə, iman nuru onun qəlbindən xaric olar".

Həzrət (s) başqa yerdə buyurur: "Bəndə o zamana qədər ki, şərab içməz - din onun üçün açıq olar. O zaman ki, içər - Allahın pərdəsi cırılar və şeytan onun qulağının və gözünün yarı olar. Onu pisliklərə tərəf qovar və yaxşılıqlardan çəkindirər".

İmam Əli (ə) buyurur: "O kəs ki, şərab içər - Allah 40 gecə və gündüz onun namazını qəbul etməz".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim şərabxora salam verərsə, onunla görüşərsə - Allah onun 40 illik əməlini aradan aparar".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ