İtaliyada toyları koronavirus səbəbiylə gecikən gəlinlər küçəyə çıxıblar. Lunar.az parla.az-a istinadən xəbər verir ki, Romaya toplaşan qadınlar hökumət məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.
Toyları koronavirus səbəbindən təxirə salınan namizədlər, gəlinlik paltarlarını geyib şəhərin simvollarından biri olan Trevi Bulağının önünə toplaşıblar. Əllərində pankartlarla şüarlar səsləndirən namizədlər, hökumətin qərarlarını tənqid ediblər.