Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Çində donuzun orqanları meymunlara transplantasiya olunub

Çində donuzun orqanları meymunlara transplantasiya olunub

Çində Hərbi Hava Qüvvələrinin Hərbi-tibbi universitetinin həkimləri eksperiment keçirib.

Lunar.az Trend-ə istinadən bildirir ki, onlar üç meymuna donuzun orqanlarını transplantasiya ediblər.

Qeyd olunur ki, meymunlardan birinə donuzun ürəyi, digərinə böyrəyi, üçüncü meymuna isə qaraciyər köçürülüb.

Əməliyyatlar iyunun 13-də baş tutub. Ürək və böyrək transplantasiya edilən meymun bir müddət sonra ölüb.

Qaraciyər köçürülən meymun isə iki həftədir ki, yaşayır. Mütəxəssislər bildirir ki, bu, digər heyvanın orqanı köçürülmüş heyvanın sağ qaldığı ən uzun müddətdir.

Qeyd edək ki, ötən il britaniyalı alim yaxın illərdə donuz ürəyinin insana köçürülməsinin mümkün ola biləcəyini demişdi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ