Koronavirus pandemiyası dövründə paltar yumaqla bağlı məsləhətlər
Mütəxəssislər koronavirus pandemiyası dövründə paltar yumaqla bağlı məsləhətlərini veriblər.
Koronavirus pandemiyası vaxtı ekspertlər paltarları yuyarkən müəyyən şərtləri nəzərə almağı məsləhət görürlər.
Yeni bir koronavirus infeksiyası insandan insana asanlıqla ötürülə bilər, gündəlik vərdişlər isə yalnız COVID-19-a yoluxma riskini artıra bilər. Ens.az bildirir ki, mütəxəssislərin fikrincə, paltar yuymağın düzgün yolu həmin riski azaldacaq.
"Belə bir ümumi yanlış fikir var ki, virusları və bakteriyaları öldürmək üçün paltarları mümkün qədər qaynar suda yumaq lazımdır. Ancaq sınaqlar sübut etdi ki, 60 dərəcəlik bir temperaturda paltarın yaxşı bir yuyucu ilə yuyulması patogenləri öldürmək üçün kifayətdir "deyə ekspert Susan Fermor bildirib.
Bayırda geyilən paltarlar digər ev əşyaları və yuyulmaq üçün nəzərdə tutulmuş çamaşırlarla təmasda olmamalıdır, mütəxəssislər xəbərdarlıq edir. Küçə geyimlərini evə qayıtdıqdan dərhal sonra yumaq tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, optimal temperatur 60 dərəcədir. Paltarları yuduqdan sonra maşını yaxşıca silin və qurudun- rütubət patogenlərin sağ qalmasına kömək edir.
Bundan əlavə, mənzillərin təmizlənməsi və qabların yuyulması üçün istifadə olunan dəsmalların, salfetkaların, süngərlərin və bezlərin quru və təmiz olmasını təmin etmək lazımdır. Yataq üzlükləri adi haldan daha tez-tez dəyişdirilməlidir və yataq yerinin yuxudan sonra mütəmadi olaraq havalandırılması və günəş işığına məruz qalmaları tövsiyə olunur.