Ölən oğlunun ürək döyüntüsünü eşidən ata göz yaşlarını saxlaya bilmədi - VİDEO
ABŞ-ın Virciniya ştatında ötən il qəzada oğlunu itirən ailəyə sürpriz edilib.
"Haber Global"ın məlumatına görə, Reyd ailəsi oğullarının ölümündən sonra onun bütün orqanlarını xəstələrə bağışlayıb.
16 yaşında dünyasını dəyişən Dakotanın ürəyinin verildiyi şəxs uşağın ailəsinə sürpriz hazırlayıb. Belə ki, o, ürək döyüntülərinin səsini yazıb və oyuncaq ayının daxilində yerləşdirib.
Bağlamanı açan ata Con Reyd göz yaşlarını saxlaya bilməyib.
Ürəyin yeni sahibi Robert Okonnor hədiyyəni özü gətirmək istədiyini, lakin ailənin reaksiyasından ehtiyat etdiyi üçün gəlmədiyini söyləyib.