10 saat ölmüş sayılan qadın dəfn qabağı "dirildi" - VİDEO
83 yaşlı ukraynalı Kseniya Didux qohumları tərəfindən dəfn edilməyə hazırlanarkən “dirilib”.
Bu barədə ТСН-in “Youtube” kanalında hazırlanmış süjetdə deyilir.
Bildirilir ki, Ukraynanın Vinnits əyalətindən olan təqaüdçü 10 saat heç bir həyat əlaməti göstərməyib. Həkimlər onun nəbzi və təzyiqini ölçsələr də, cihazlar heç nə göstərməyib. Hətta həkimlər tərəfindən çıxarılan kardioqramda da düz xətt görünüb. Bundan sonra tibb işçiləri qohumlarına qadını “son mənzilə” hazırlaşmağı məsləhət görüblər.
Yaxınları Diduxu dəfn etməyə hazırlaşan zaman isə qadın ayılıb. Bildirilir ki, qadın bundan öncə artıq iki dəfə klinik ölüm keçirib.