Hazırda qurumuş, vaxtilə Marsın Geyla kraterində mövcud göl duzluluğuyla yanaşı, canlı varlıqlar üçün kifayət qədər uyğun turşu-qələvi balansına da malik olub.
Lunar.az ted.az-a istinadən bildirir ki, "Nature Communications" jurnalında dərc edilmiş yeni tədqiqat işi Qırmızı planetdə həyatın mövcudluğunu bəyan etməsə də, vaxtilə Marsın canlı planet olduğuna dair əhəmiyyətli sübutlar ortaya qoyur.
Məqalə meteorit zərbəsi nəticəsində Marsın səthində yaranmış Geyla kraterindəki tədqiqatlara əsaslanıb. Hazırda bu krater quru və boş ərazi olsa da, vaxtilə kraterdə nəhəng göl mövcud olub.
Marsda gəzən "Curiosity" robotu aydınlaşdırıb ki, kraterdə su yalnız duzlu olmayıb, həm də uyğun pH səviyyəsinə malik olub. Lakin Marsda həyatın mövcudluğunun sübutu üçün əlavə tədqiqatlar tələb edilir.
Alimlər artıq planetin səthində çayların axdığını və minerallarla zəngin gölün mövcud olduğunu dəqiq bilirlər. Bundan başqa, tədqiqatlar zamanı bioloji proseslər nəticəsində yarandığı ehtimal olunan təbii molekullar da aşkar edilib.