► Maraqlı / Maraqlı Məlumatlar / Kişi Dünyası / İslam / Ailə
Baxis 1 789
27-07-2019, 22:01
Kişinin ailədəki 3 əsas vəzifəsi
İmam Sadiq (ə) buyurur: "Kişi ailədə ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə:
1. Xoş rəftar.
2. Ölçüsündə olan əliaçıqlıq.
3. Təmkinlə birlikdə olan qeyrət".
Onu da qeyd etmək lazımdır ki, xoş rəftar - insanın özünə geri qayıdar.
Müqəddəs dinimiz nəsillər arasında əlaqənin vacibliyinə diqqət çəkir.
İmam Sadiq (ə) buyurur: "Atalarınızla xoş rəftar edin ki, övladlarınız da sizinlə xoş rəftar etsin".
Bəs dinimiz nəzərində ən gözəl evlilik hansıdır?
Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı evlilik odur ki, ən asan yerinə yetər".
Dinimizin nəzərində evlənməyən gənclərin oruc tutması məsləhətdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Ey cavanlar! Evlənin. Əgər evlənə bilməsəniz, oruc tutmağın sorağına gedin ki, oruc şəhvəti qurudar".
O zaman ki, Allah bir ailə üçün xeyir istəyər...
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman Allah bir ailə üçün xeyir istəsə, onları dində bilikli edər. Kiçiklər böyüklərinə hörmət edərlər. Həyatları mehriban olar, ruzilərini xərcləyən zaman etidala riayət edərlər. Onları eyiblərindən agah edər ki, onları aradan qaldırsınlar".
Lunar.az deyerler.org-a istinadən bildirir ki, müqəddəs dinimiz xəbərdarlıq edir ki, ərini incidən qadının heç bir əməli qəbul olunmaz.
Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, ərini dili ilə incidər, Allah ondan heç bir malı və xeyir işi qəbul etməz, o zamana qədər ki, onu razı salar. Baxmayaraq ki, gündüzləri oruc tutar və gecələri ibadətlə məşğul olar, qul azad edər. Atəşə daxil olan ilk kəslərin zümrəsindən olar. Həmçinin kişilər üçün də eynidir, əgər xanımlarına zülm edirlərsə".
Bəs bir kişinin səadəti nədir?
İmam Səccad (ə) buyurur: "Kişinin səadəti odur ki, öz şəhərində ticarət edər, şərikləri və müştəriləri saleh və yaxşı insanlar olar. Həmçinin elə övladlara malik olar ki, ona yardım edərlər".a