Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ata və ananın günahlarının övlada təsiri
  • Facebook
  • Twitter
  • ► Maraqlı / Maraqlı Məlumatlar / İslam
  • Baxis 1 150
  • 1-06-2019, 21:51

Ata və ananın günahlarının övlada təsiri

"(Onlarda deyilir) ki: "Heç kəs başqasının günah yükünü götürməyəcəkdir". Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir". ("Nəcm" 38-41).

Lunar.az deyerler.org-a istinadən bildirir ki, bu ayədən göründüyü kimi, Allah çox adildir. Ona görə də heç kimi etmədiyi günaha görə cəzalandırılmaz. Ancaq bu dünyada baş verən hadisələrin hər birinin səbəbi və nəticəsi vardır. O cümlədən, övladın dünyaya gəlməsi və ruhiyyələri öz xüsusi səbəblərinə görə baş verər. Allah da həmin səbəblərin lazım buyurduğu kimi, varlıqlarına feyz bəxş edər. Əgər bir övlad cismi cəhətdən əngəlli dünyaya gəlibsə, bu, həmin səbəblərə görə olmuşdur. (Tebyan)

Bunu nəzərə almaq lazımdır ki, ata və ananın əməlləri həmin səbəblərə təsir qoyar. Belə ki, əgər toxum və torpaq yaxşıdırsa, bitkilər də yaxşı olar. Münasib olmayan torpaqda və münasib olmayan toxumla yaxşı bitki bitməz. "Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar". ("Əraf" 58).

Varlıq aləmi təsir edər və təsir qoyar. Ona görə də hər bir hadisə öz həqiqi təsiredənindən təsirlənər. Valideyn də övladlarının səbəbləri olduğu üçün, rəftar və əməlləri hələ dünyaya gəlməmiş körpələrinə təsir qoyar. Ancaq bu təsirlər onun ixtiyarını əlindən almaz. Sadəcə, bu təsirlər zəminə yaradar. Ata və ana övladları üçün torpaq kimidirlər. Əgər valideyn şərab içən və qumarbazırsa, bu, sözsüz ki, həmin uşağın ruhiyyəsinə öz təsirini qoyacaqdır. Eyni zamanda təqvalı və mömin valideynin rəftarları da. Ancaq insanı bitkidən fərqləndirən cəhət budur ki, onun ixtiyarı və iradəsi vardır. Baş verən hadisələri dəyişdirə bilər. Yəni, o, valideynlərinin təsiri altına da düşə bilər, əksini də edə bilər. Sadəcə onun valideynlərinin əməllərinin necəliyi yolunun hamar və ya daşlı-qayalı olmasına birbaşa təsir qoyar.

Əgər övlad bu yolda bütün səylərini edər, lakin kamala çata bilməzsə, bunda onun təqsiri olmaz. Bu yolda onun kamala çatmasına mane olanlar təqsirli olarlar. İlahi ədalət tələb edir ki, bu övladın haqqını həmin şəxslərdən geri alsın. Hədislərdə oxuduğumuz kimi ya bu insanın günahlarını həmin şəxslərin çiyninə qoyar. Ya da onların savabını bu övladın əməl dəftərinə yazar. Əgər hər iki halda bu övladın haqqı əda olunmazsa, Allah onu Öz fəzlindən bəhləndirər.

Ona görə də İlahi ədalət qoymaz ki, bir insan öz haqqından zərrə qədər məhrum olsun. Əgər valideynləri onun kamala çatmasına yardım edə biliblərsə, bu zaman həmin övladın savabında şərik olarlar. Övladın savabından isə heç nə əsgilməz.

Bunu da nəzərə almaq laızmdır ki, əgər bir insana bir bəla gəlirsə, bu, onun əməllərinə görə olmaya da bilər. Ola bilsin ki, bu müsibətlərin başqa bir fəlsəfəsi vardır.

Bu dünyada baş verən hər bir şey bir-biri ilə rabitədədir. İnsanın əməli müxtəlif cür təzahür olar. Bəzən öz təsirini ətraf mühitə, bəzən də övladlarına qoyar.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ