Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Toy qoroskopu - Hansı bürc hansı bürclə ailə qurmamalıdır
  • Facebook
  • Twitter
  • ► Maraqlı / Maraqlı Məlumatlar / Bürclər
  • Baxis 1 250
  • 28-05-2019, 21:06

Toy qoroskopu - Hansı bürc hansı bürclə ailə qurmamalıdır

Deyirlər ki, nigah - iki nikbinin bilinməzliyə doğru uçuşudur. Yəqin ki, bu dogrudan da belədir. Kim qabaqcadan deyə bilər ki, həyat necə alınacaq, qarşıda nə gözləyir?

Ailə həyatında qarşıya çıxacaq çoxlu sayda maneələrdən necə uzaq olmaq olar?

Lunar.az yenicag.az-a istinadən sizlərə ailə həyatında bürclərin bir-biriylə olan uyğunluqlarını təqdim edir.

Bir-biri ilə yaxşı tutan bürclər:

Buğa + Xərçəng. Bu ittifaqın ahəngdarlığı ümumi maraqlara, hər şeydən əvvəl də ailə ocağına, uşaqlara bağlılığa əsaslanıb. Lakin hər bir ailədə vaxtaşırı söz-söhbət, anlaşılmazlıqlar olur. Beləliklə, qarşılıqlı məhəbbət və hörmətə baxmayaraq, həm ər, həm də arvad tərəfindən xəyanət gözləmək mümkündür. Belə xəyanətdə müsbət cəhətlər də var, çünki qəribə də olsa, xəyanət ittifaqı möhkəmləndirir. Necə deyərlər, hər şey müqayisədə tanınır. Ailədən kənarda əlaqəsi olan hər bir kəs öz həyat yoldaşında bu vaxta qədər bilmədiyi saysız müxtəlif keyfiyyətlər tapır. Ən əsası isə hər ikisinə aydın olur ki, ev elə bir qaladır ki, orda səni həmişə düzgün başa düşər və bağışlayarlar.bürclər,qoroskop və ulduz falı

Buğa + Qız. Bu iki bürc arasındakı nigah çox geniş yayılmışdır və əksər hallarda xoşbəxt ittifaqdır. Hər ikisi ağıllı, praktik, gözəl bacarığa malikdirlər. Ər də, arvad da hər işdən baş çıxaran adamlardır. Hər ikisi yorulmadan öz yuvalarını qurub-yaratmağa hazırdırlar. Düzdür, Buğa bir balaca tərsdir, lakin Qız yolagedəndir, evdə sakitliyin qorunması üçün həmişə öz maraqlarını qurban verəndir, bu da onda pis alınmır.

Buğa + Oğlaq. İttifaq, Oğlaqın diplomatik bacarığı sayəsində əlverişlidir. Öz təbiəti etibarilə o, öndərdir, buna gərə həmişə hər yerdə - Buğanın məişət xasiyyətlərini dəyişməkdən başlamış, onun həyat tərzinin dəyişməsinə qədər hər işdə tərbiyəçi, ustad vəzifəsində çıxış edir. Hər bir normal adam kimi Buğa da vaxtaşırı üsyana qalxır, lakin bic Oğlaq Buğada aldadıcı azadlıq ruhu yaradaraq üsyanı vaxtında və bacarıqla sakitləşdirə bilir. Üsyan sakitləşən kimi Oğlaq yenə də tərbiyə prosesinə başlayır. Özü də bütün bunları elə edir ki, təbiəti etibarilə sakit olan Buğa onun hərəkətlərindən valeh olur.

Əkizlər + Şir. İlk əvvəllər bu ittifaq ehtirasa və güclü hisslərə əsaslanır. Zaman keçdikcə onlar zəifləyir və dostcasına hörmət münasibətləri ilə əvəz olunurlar ki, bunlar da nigahı daha da möhkəmləndirir. Bu işdə əsas rolu Şir oynayır. Əgər Şir kişi, Əkizlər isə qadındırsa, onda o - sevimli bir körpədir ki, onun qayğısına qalır, nazıyla oynayır, darıxmağa qoymurlar, bir sözlə, ərköyünləşdirirlər. Əgər Şir qadın, Əkizlər isə kişidirsə, onda o, dinclik və sakitlik mücəssiməsidir. Onlar bir-birini qane etməyə çalışırlar.

Əkizlər + Tərəzi. Bu ittifaqın münasibətləri mülayimdir, qaydasındadır. Nigahın üstün cəhəti - ahəngdarlıqdır. Onların çoxlu ümumi maraqları var. Kənardan elə görünür ki, evin böyüyü Əkizlərdir. Əslində isə evin əsil sahibi Tərəzilərdir. Lakin onlar sanki gizli hökmdar rolunda olurlar. Onlar Əkizləri altdan-altdan, ehmalca özlərinə lazım olan istiqamətdə aparırlar. Tərəzi qadın olarsa, bu lap yaxşıdır. O, təbiətdən gözəl ana, yaxşı evdar qadındır ki, bunu da Əkizlər - kişi çox yüksək qiymətləndirir.

Şir + Tərəzi. Şah kimi Şir və taraz Tərəzi bir-birini əla tamamlayırlar. Bu, ahəngdarlığı və sabitliyi ilə seçilən ən uğurlu nigahlardandır. Onlar bütün məsələlərdə həmişə dil tapırlar, həmişə kompromisə getməyə hazırdırlar.

Əkizlər + Dolça. Onların ittifaqına hamı həsəd aparır. Tez-tez baş verən dava-dalaşa baxmayaraq, bu nigah hərtərəfli uğurlu sayılır. Kənardan elə görünür ki, onların arasında müntəzəm olaraq söz-söhbət və dava-dalaş baş verir. "Pişik balasını istədiyindən yeyər" məsəli onlara aiddir. Onlar bir-birini müvəffəqiyyətlə tamamlayır və zənginləşdirirlər. Onlar birlikdə heç vaxt darıxmırlar. Çox halda bu, Dolçanın sayəsində olur. O, o qədər qeyri-adidir ki, hətta həmişə sərgüzəştlər axtaran Əkizləri belə darıxdırmırlar. Lakin Əkizlərə bir şeyi yaddan çıxarmaq olmaz: əgər yeni hissiyyatlar axtararaq onlar haçansa xəyanət etsələr, heç vaxt bağışlanılmayacaqlar. Dolça, ona nə qədər ağır da olsa, bütün əlaqələri qəti və həmişəlik qıracaq.

Xərçəng + Qız. Xərçəngin bütün istəklərinə qatlaşan və onu həmişə bağışlamağa hazır olan Qızın bacarığı sayəsində bu ittifaq möhkəmdir. Qız üçün müdriklik, sabitlik səciyyəvidir. O, tez-tez öz maraqlarını qurban verir, Xərçəngin tükənməz ədalarına göz yumur. Bu vəziyyət hər ikisini qane edir və onların münasibətinə elə bir rahatsızlıq gətirmir.

Xərçəng + Xərçəng. Dayanıqlı ittifaqdır. Nigahın uzunmüddətliliyi oxşar həyat yönəmlərinə eyni dünyagörüşünə və eyni hissetmə qabiliyyətinə əsaslanmışdır. Onlar bir-birlərini bir baxışdan başa düşürlər, həmişə bir-birini dəstəkləyirlər. Xərçəng heç vaxt öz xeyri üçün başqasına zərər verərək heç kəsin işinə qarışmır. Xərçənglər ailəyə çox ciddi və həyəcanla yanaşır, onu hər vəcdlə ətraf amillərdən qoruyurlar.

Şir + Oxatan. Bu ittifaq bir-birinə qarşılıqlı hörmət əsasında qurulmuşdur, buna görə də xüsusilə möhkəmdir. Onları müştərək zəhmət, ümumi dünyagörüşü və maraqlar birləşdirir. Hər ikisi qızğın, avantür sərgüzəştlər və səyahətləri sevirlər.

Qız + Tərəzi. Ən uğurlu və geniş yayılmış ittifaqlardan biridir. Hər ikisinin rahatlığa və müvəffəqiyyətə olan eyni həvəsi sayəsində bir-biriylə yaxşı yola gedirlər. Məişət məsələlərindəki oxşarlıq bütün başqa sahələrdəki: maddi, seksual, psixoloji və başqa sahələrdə tarazlığa hər ikisinin can atması ilə tamamlanır ki, bu da nigahın möhkəmliyini təmin edir.

Əqrəb + Oğlaq. Çox cazibədar ittifaqdır. Hər ikisi eyni dərəcədə güclüdür. Onlar illər uzunu öz hisslərini və məhəbbətlərini qoruyub saxlamağa cəhd edirlər. Onların hissləri, bir qayda olaraq, güclü və daimidir. Bu elə insanlardır ki, onlar başqa variant qəbul etmirlər. Belə nigahlarda xəyanətlər çox nadir hallarda baş verir.

Qız + Qız. Bürcün eyniliyinə baxmayaraq, nigah möhkəm və xoşbəxt olur. Onlar bir-birini yaxşı başa düşür, bir-birinin tələblərini və maraqlarını həyata keçirməyə çalışırlar. Hər ikisi müdrik, hövsələli, zəhmətkeşdir, buna görə də evdə həmişə qayda-qanun və firavanlıq hökm sürür.

Qız + Oğlaq. Bu ittifaqda qənaətcil və praktik Qızın ən gözəl xüsusiyyətləri realist Oğlaqın simasında öz layiqli həmdəmini tapır. Qızın müdrik tələbləri və praktik ağlı Oğlaqın çox xoşuna gəlir. Belə ailəni uşaqlar daha möhkəm edirlər.

Tərəzi + Dolça. Bu ittifaqa çoxları həsəd aparırlar. Onları ümumi maraqlar və planlar, səyahətə olan həvəs birləşdirir. Hər ikisi öz ətrafında səmimi şərait yaradaraq dostlarla vaxt keçirməyi sevir, şənlənməyi bacarırlar. Hər ikisi ideya mənbəyidir. Onları əhatə edən insanları məmnun etmək üçün həmişə maraqlı şeylər axtarıb tapırlar.

Qoç + Dolça. Qoç üçün Dolça ideal portnyordur. Dolça həmişə müxtəlif dəyişikliklərə və macəralara hazırdır. Dostlarla olan münasibəti yüksək qiymətləndirir, onlara görə çox şeyə getməyə hazırdır. Bu isə ailə üçün çox da yaxşı olmaya bilər, lakin o bunu ailəyə xətər toxunmadan edə bilir ki, bu da onun ikinci yarısı tərəfindən qiymətləndirilir. Bütün digər bürclərdən fərqli olaraq Dolça, Qoçu bir insan kimi, bir şəxsiyyət kimi qiymətləndirir və ona hörmət edir, onun müstəqilliyini dəstəkləyir və eyni cavab reaksiyasını da alır.

Tərəzi + Oxatan. Bu ittifaq hisslərdən çox, hər ikisinin müştərək aktiv fəaliyyətə can atmasına əsaslanır. Məhz bunun hesabına onlar müəyyən ictimai səviyyəyə, hörmətə və nüfuza çatırlar. Çoxları bu ittifaqı həddən artıq gözəl hesab edirlər.

Oxatan + Dolça. Etibarlı nigahdır. Hər ikisi öz aralarında razılığa gələrək bir-birinə müəyyən sərbəstlik verirlər, bununla belə bir-birinin hisslərinə hörmət edərək, nalayiqliyə yol vermədən və pornyoru pis, yaxud gülünc vəziyyətdə qoymadan bundan çox ağıllı istifadə edirlər. Məhz buna görə onların münasibətində həmişə yenilik hiss olunur, onlar bir-birini cana gətirmirlər. Ünsiyyətdə yüngüllük, dəyişikliklərə meyl və ağıllı macərabazlıq zaman keçdikcə qarşılıqlı anlaşmanı yalnız möhkəmləndirir. Oxatan və Dolça arasındakı körpü rolunu uşaqlar oynayır; uşaqların sayəsində onların ikinci nəfəsi açılır və yeni maraqlı həyat başlayır.

Qoç + Oxatan. Hər ikisi çox gözəl başa düşürlər ki, daha yaxşı variant ola bilməz. Ona gırə də hər ikisinin ailədən kənarda hər hansı bir müasibət qurması istəyi çox nadir hallarda qırılmaya gətirir. Hər mənada Oxatan Qoç üçün ilk növbədə rəhbər və havadardır, Qoç isə Oxatan üçün həmişə diqqətə ehtiyacı olan körpə kimidir.

Əqrəb + Oxatan. Bu nigah xüsusilə seksual mənada uğurludur. Bu cəhətdən onlar bir-birinə ideal yaraşırlar. Bundan əlavə onlar yaxşı valideyn və ideyaca həmfikirdirlər.

BİR-BİRİ İLƏ TUTUŞMAYAN BÜRCLƏR

Qoç ilə: Qoç, Xərçəng, Qız, Əqrəb, Oğlaq.

Buğa ilə: Tərəzi, Əqrəb, Oxatan, Dolça, Balıqlar.

Əkizlər ilə: Balıqlar, Əkizlər, Əqrəb, Oğlaq.

Xərçəng ilə: Şir, Əqrəb, Oxatan, Oğlaq, Dolça.

Şir ilə: Qız, Əqrəb, Dolça.

Qız ilə: Əqrəb, Oxatan, Balıqlar.

Tərəzi ilə: Tərəzi, Oğlaq, Balıqlar.

Əqrəb ilə: Əqrəb, Dolça, Balıqlar.

Oxatan ilə: Oxatan, Oğlaq.

Oğlaq ilə: Oğlaq, Dolça.

Dolça ilə: Balıqlar.

Balıqlar ilə Balıqlar.

Nə etmək olar? Bunlar çox mürəkkəb ittifaqlardır. Onlara yalnız ülvi hisslər bəraət qazandıra bilər. Çünki ancaq böyük və güclü hisslər bu çətinliyin öhdəsindən gələ bilər. Amma yenə də, yaxşı nigah yalnız qeyri-tipik bürclər arasında, yaxud da ki, yalnız və yalnız kifayət qədər ağlın, intellektin və güzəştə getmək bacarığı olan yerdə mümkündür.Doğrudur ki, nigahlar göylərdə icra olunur. Heç kəs və heç nəyi qabaqcadan bilə bilməz. Qoy gənclər öz qəlblərinin səsini dinləsinlər, bir-birinə qarşı olan məhəbbətə etibar etsinlər. Və bütün ömürləri boyu xoşbəxt yaşasınlar.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ