Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Niyə gündə 10 min addım atmalıyıq? – VACİB MƏSLƏHƏT
  • Facebook
  • Twitter
  • ► Maraqlı / Maraqlı Məlumatlar / Sağlamlıq
  • Baxis 1 089
  • 9-04-2019, 22:39

Niyə gündə 10 min addım atmalıyıq? – VACİB MƏSLƏHƏT

Fitnes instruktorları, bloqerlər və hətta smartfonlar üçün mobil applikasiyalar - ətrafda olan hər kəs gün ərzində 10 min addım atmağın vacibliyini vurğulayır. Bu rəqəm haradan götürülüb? Bu bir işə yarayırmı?

Nə üçün 12 min yox, 8 min yox, məhz 10 min addım?

Lunar.az medicina.az-a istinadən bildirir ki, ilk dəfə bu rəqəm 1964-cü ildə addımölçən aparatın reklamımda qeyd edilib. Bu aparat elə həmin cür də adlanırdı: "10 min addımı ölçən cihaz"

Yaponiyadan olan cavan alim Yosiro Xatano insanların az hərəkət etməklərindən narahat olaraq, gün ərzində 10 min addım atmağın vacibliyini bildirir. Onun hesablamalarına görə, gün ərzində 10 min addım atmaq 500 kkal enerji yandırır.

Amerikalı alimlər isə elə düşünürlər ki, hər bir insanın yaşayış tərzi də müxtəlifdir. Buna görə də gün ərzində 10 min addım atmaq qaydasını hər bir insana şamil etmək düzgün olmazdı. Çünki beləliklə insan sağlamlığına zərər vurmaq mümkündür. Gün ərzində 5 min addım atan insanlar bu sayı 10 minə satdırmaq üçün çox əziyyət çəkməli olurlar.

Amma əgər bu rəqəmə tədricən çatmaq orqanizmə fayda verə bilər. Buna görə də hər gün addımların sayını az-az artırmaq lazımdır.

Faydaları nələrdir?

Alimlər aktiv həyat tərzi keçirən insanlarda qəfil ölüm riskinin 20-30 faizə qədər azaldığını bildirirlər. Əsas odur ki, addımların sayı gün ərzində 5 mindən az və 15 mindən çox olmasın. Məsələn, idman zalına həftədə 3 dəfə gedərək ancaq yeriyirsinizsə, o zaman orqanizminiz həmişə formada qalacaq.

10 min addım atmaq həm də bədən quruıluşunun bir qaydada qalmasına kömək edir. Amma gün ərzində yüksək kalorili qidalarla qidalandıqda o zaman bu addımların da bir faydası olmur.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ