- Səmanın rəngi və ondakı düzgün nizama diqqət et. Bu rəng gözlə uyğun olan və onu qüvvətləndirən rəngdir. Hətta təbiblər gözünə zərər yetişmiş şəxsə yaşıldan qaraya qədər olan rənglərə baxmağı məsləhət görürlər. Mahir həkimlər də gözü tamamilə gücdən düşmüş şəxsə su ilə dolu göy qaba baxmağı məsləhət görürlər.