Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Parçalardan kif ləkəsini aparmaq üçün ÜSULLAR
  • Facebook
  • Twitter
  • ► Maraqlı / Maraqlı Məlumatlar / Qadın
  • Baxis 1 002
  • 15-01-2018, 18:18

Parçalardan kif ləkəsini aparmaq üçün ÜSULLAR

Nəmli şəraitdə yaranan kif insan sağlamlığına son dərəcə zərərlidir. Həmçinin məişətdə də bir çox problemlər yaradır. Məsələn, paltarlarda, dəsmallarda, yataq dəstlərində aparması çətin olan ləkələrin də yaranmasına səbəb olur. Lunar.az parçalardan kif ləkəsini asanlıqla aparacaq üsulları diqqətinizə çatdırır.


Pambıq parçalar


Pambıqlı parçalar digər parçalara nisbətən daha dözümlüdür və üstünə düşən ləkələr daha çətin çıxır. Əgər pambıq parçalardan olan paltarlarınızda kif ləkəsi varsa, ehtiyacınız olan şey paltar sabunu və oksigenli sudur. Əvvəlcə sabunla kif olan yeri yuyun. Daha sonra bir vannanın içinə beş stəkan su və bir stəkan oksigenli su tökün. Paltarınızı bu qarışımın içinə batıraraq təmizləyin. Yuma prosesi qurtarandan sonra paltarınızı açıq havada qurudun. Əgər ləkə çıxmayıbsa, bunu təkrar edin.


İpək parçalar


Zərif parçalardan olan ipək parçalar yuyularkən, ya da üzərindən bir ləkə çıxarılarkən çox diqqətli olmaq lazımdır. Bu cür parçalardan kif ləkəsinin çıxması üçün sadəcə bir ədəd qəlib sabuna ehtiyacınız var. Sabunu ləkəli yerlərə sürtün və əlinizlə yavaş hərəkətlərlə ovalayın. Daha sonra açıq yerdə qurudun.


Yun parçalar


Yazda şkafa yığdığınız yun paltarlar qışa qədər orada havasız qaldıqları üçün kiflənə bilər. Yun parçalı paltarları da yuyarkən diqqətli olmaq lazımdır. Əks təqdirdə əyilərək formasını itirə bilər. Yun paltarlardan kif ləkəsini aparmaq üçün əlinizə sabun alın və köpükləndirin. Köpüklənən sabunu ləkəli yerə sürtün. Daha sonra soyuq su ilə durulayın. Kif ləkəsinin çıxdığını görəcəksiniz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ