Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dəsmalların yumşaq qalması üçün onları belə yuyun - ÜSUL

Dəsmalların yumşaq qalması üçün onları belə yuyun - ÜSUL

Əl-üz və can dəsmallarını yuduqca o, yumşaqlığını itirir və sərtləşməyə başlayır. Halbuki dərimizə təmas edən dəsmalların yumşaq və xoş qoxulu olmasını istəyirik. Bəs buna necə nail olmaq olar?

İlk öncə dəsmallarınızı uyğun istilikdə yumağınız lazımdır. Bununla yanaşı dəsmalları digər paltarlarla birlikdə paltaryuyan maşına qoymayın. Bu hal onların sərtləşməsinə səbəb olur.

Dəsmallarınızın yumşaq olması üçün ən yaxşı vasitə ağ sirkə istifadə etməkdir. Paltaryuyan maşınınızın yumşaldıcı bölməsinə ağ sirkə tökərək yuya bilərsiniz.

Dəsmalların yumşaq olmasını təmin edən digər bir üsul isə ütüdür. Nə etsəniz də, dəsmallarınız yumşalmırsa, onları yuduqdan sonra ütüləyin. Ütülənən dəsmalların yumşaldığını görəcəksiniz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ