Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sevdiyiniz almalardan birini seçin…

Sevdiyiniz almalardan birini seçin…

Alma №1 Sözü üzə deyən və düzgün adamsınız. Nə olursa-olsun həqiqəti ört-basdır etməyə çalışmırsınız. Sizdə qara fikirlər və gizli məqsədlər olmur. Özünüz olmaqdan qorxmursunuz, heç vaxt maska arxasında gizlənmirsiniz. Sizin süquta uğradıqdan və yıxıldıqdan sonra möcüzəli şəkildə, ruh yüksəkliyi ilə ayağa qalxmaq qabiliyyətiniz var. Ən xırda şeylər sizi xoşbəxt edə bilir və heç nə sizi çox narahat eləmir. Ən çox zövq aldığınız isə, ağacdan dərdiyiniz sadə, bərk almadır.

Alma №2 Enerji ilə dolu ikimənalı xarakteriniz var. Darıxmaq – ölümcül düşməninizdir, buna görə də həyatınız macəralarla doludur. Əyləncə axtarmaq sizin devizinizdir. Yeri gəlmişkən onlar özü sizi tapır. Bütün orijal təsüratlar həyatınıza sevinc qatır.

Alma №3 Maraqlı insansınız — ətrafınızdakı insanlar belə düşünür. Amma siz əksini fikirləşirsiniz. Optimizm, gözəl hiss və xəyallar sizə xasdır. Bunlar insanı ruhlandırır. Həyatınızda baş verənlər ətrafınızdakı insanlar üçün çox maraqlıdır. İstəməsəniz də insanları inandıra bilirsiniz. Sizin üçün ən dadlı şirniyyat 1 parça evdə bişmiş alma piroqudur.

Alma №4 Sizin şüarınız – etibarlılıqdır. Ağlınızda, hisslərinizdə və hərəkətlərinizdə nadir keyfiyyət olan tarazlıq var. Təmkinlisiniz, hərdən bu təmkin utancaqlıqla təzahür edir. Danışmaqdan çox, dinləməyi sevirsiniz. Çox sadiq və etibarlısınız. Ən ləziz təamınız bir fincan isti alma punşudur.

Alma №5 Şadlıq! Sizi görən kimi ağıla gələn ilk fikirdir. Həyatınızı doya-doya yaşayırsınız, sizə adrenalin lazım deyil. Həyat gözəldir – onun çəkiciliyi də elə bundadır. Hər günün dadı, görnüşü, səsləri və qoxusunu qiymətləndirirsiniz. Hətta adi hekayə də sizin üçün gözəl və qeyri-adidir. Onu siz gözəlləşdirirsiniz. Dinclik, sülh tərəfdarısınız. Ən xırda şeylər sizi çox xoşbəxt edir. Dadlı şirniyyatınız alma oladisidir.

Alma №6 Ağıllı və fərasətlisiniz. Sağlam düşüncəniz və iti reaksiyanız var. Siz gedə-gedə fikirləşirsiniz. Çox söhbətcil olmasanız da, lazım gələndə çox danışan və həyatsevər olursunuz. Eyni zamanda şən və intelektual olmanız sizi qatıldığınız kompaniyanın “ürəyi” edir. Amma bunu etməyi öz qarşınıza məqsəd qoymursunuz. Bu sadəcə insanları əyləndirmək bacarığınızdan irəli gəlir. Zəifliyiniz? – Bir qədəh alma çaxırı.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ