Moda dünyasının qəliblərinə meydan oxuyan İsra Lourens Kaliforniyada bikini çəkilişində olub.
Lunar.az axşam.az-a istinadən bildirir ki, 26 yaşlı model çimərlik geyiminin reklamı üçün kamera qarşısına keçib. Açıq-boz rəngli bikini geyinən İsra "artıq çəkilərin var" deyə ona bütün qapları bağlayanların cavabını verib.
Lourens görünüşündən narazı olmadığını deyib:
"Daha ayaqlarımdan nifrət etmirəm. Bədənimin quruluşuna görə tanrıya minnətdaram".