Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
14 yaşlı qızcığazın yaratdığı MÖCÜZƏLİ EV - FOTO

14 yaşlı qızcığazın yaratdığı MÖCÜZƏLİ EV - FOTO

Amerikanın Missisipi Massaçusest əyalətində yaşayan 14 yaşlı qız dünya mediasının marağını çəkə bilib. Belə ki o, 1974-cü ildən qalma köhnə bir avtoqoşqunu sözün əsl mənasında yaşamaq üçün kiçik sevimli bir evə çevirib.

Lunar.az bildirir ki, yaşıdlarından fərqli olaraq, 14 yaşlı Elli yay tətilini evdə televizor arxasında keçirmək yerinə daha səmərəli şəkildə dəyərləndirib.

Elli atasının və qardaşının köməkliyi ilə ilk olaraq avtoqoşqunun üzünü dəyişdirib. Onu qəhvəyi rəngə boyayan Elli ev ab-havası yaratmağa çalışıb.

İçərisində çox sayda dəyişikliklər edən Elli illərdir istifadəsiz qalan qoşqunun divarlarını mistik mavi rəngə boyayıb.

Pəncərələrə rəngli pərdələr asıb, döşəməni müasir taxta döşəmələrlə əvəzlədikdən sonra bura kiçik həcmli müxtəlif istifadəyə yararlı alətlər, yemək qabları və.s gətirib.

14 yaşlı qızcığazın yaratdığı möcüzəli evin fotolarını təqdim edirik. (publika.az)


































İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ