"Buludlar" mahnısını ifa edən "Sən supersən!"in Azərbaycandan olan iştirakçısı Xoşqədəm Mehdiyeva həm münsifləri, həm də tamaşaçıları valeh etdi.
Lunar.Az istipress.com-a istinadən bildirir ki, Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. Onlar NTV telekanalının kastinqləri nəticəsində bu hüququ qazanıblar. Pərvanə Alcanovanın ilk çıxışı fevralın 18-də olub. "Ana" mahnısını ifa edən Alcanova ikinci tura çıxa bilib. Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.
Qeyd edək ki, "Sən supersən" valideyn himayəsindən məhrum olan 7-18 yaşlı uşaqların iştirak etdiyi müsabiqədir. Münsiflər heyəti müğənni Elka, Marqarita Suhankina , Viktor Drobş və Stas Pyekadan ibarətdir. Müsabiqədə Rusiya, Azərbaycan, , Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.
[media=https://youtu.be/CK4Q7PXOrwA]