Adil görsənmir elə deyilmi?Amma belədi həyat..Verəndə əkshik verir, alanda tam istəyir...
O uşaq evində böyüyür, sən sevgi dolu ailəndə. Ömür boyu qanadları altında olacağın ailən var, onu 18 yaşında küçələrə buraxırlar .Sabah cəmiyyət ikinizdəndə eyni nailiyyətləri gözləyir.
Bəziləri sırf qadın doğulub deyə bir çox hüququ əlindən alınır.Seçmək,oxumaq...Bəzilərimiz sırf oğlan doğulub deyə həmişə üstün tutulur dünyada. Sabah cəmiyyət az verdiyindən çox tələb edər, çox verdiyindən az.
Bəzilərimiz hər cür imkanlı məktəblərdə oxuyur,sabahkı imtana bu gündən hazırmışcasına.Bəzilərimiz ucqar dağ başında,çatısız məktəblərdə oxuyar. Sonra ikisidə eyni 3saatlıq imathana salıb, eyni uğuru gözləyərik,sanki belə olmalıymışcasına.
Bəzilərinin heç bir şansı olmaz namuslu qalmaq üçün.Nə bir qoruyanı,nə bir arxası olar.Özüdə bir yerdən sonra buraxar mücadələni. Etiketini hazırlayarıq həmən fahişə.
Bəziləri sırf ən güclü, şöhrətli pullu olmaq üçün namusunu satar və istədiyinə çatar.Cəmiyyyət etikietini hazırlayar həmən Xanım.
Amma bəzən o 1-0 məğlub başlayanlardan elə qəhrəmanlar çıxarki...Heyrət edərsən.Həyat hər silləylə onu yıxanda birdə qalxar, heç bir zorluqda döyüş meydanından qaçmaz. Heç bir palçıq kirlədə bilməz onu. Bu həyatda əsil qəhrəman onlardı. 1-0 məğlub başlayanlar ya qəhrəman olmalıdı yada heç nə, onların sənin mənim kimi sadəcə insan olmaq şansları yoxdur çox zaman...
Öz rahat taxtında oturub hamını mühakimə edərkən bir dur, bir düşün!!!Öz olduğun yerdən yüksəkdən baxıb mühakimə etmə!!! Bəlkə mühakimə etdiyinin-onun heç bir günahı yoxdu,bəlkə oda 1-0 məğlub başlayanlardır,bəlkədə onada yaxşı biri olmaq üçün heç bir şans verilməyib...