Mən hamının sevdiyi mələk deyiləm..Mən də səhv edə bilərəm..Bağışla məni, səni sevə bilmədim..Mənə verdiyin dəyəri sənə verə bilmədim..Əslində üzr istəməməliyəm səndən, ürəyim sevmədi, mən nə edə bilərəm?Onun hakimi ola bilmirəm..Mən insanam..Mələk deyiləm..Mən də səhv edə bilərəm...Bağışlayırsan məni?....Etdim..Səni incitdim..Məni sevən bir qəlbi qırdım..Çox sağ ol mənə verdiyin dəyərə görə..Amma mən onun qədrini bilmədim..Sevə bilmirəm..Mən ürəksizəm..Mənim ürəyim yoxdu..Sənə verəcək Ürək yoxdu məndə..Sənə o sevgini, o xoşbəxtliyi verəcək o qəlbim yoxdu..Sən buna layiq deyildin..Mən fərqli olmuşdum..Sevilmişdim..Amma əvəzində yalnız göz yaşları verə bildim sənə....Bağışlayırsan məni?....Sənə yaxşı idim, amma bu məni çox incidirdi..Səni incitməməkçün çalışırdım, mən xoşbəxt deyildim, çünki sən xoşbəxt deyildin..Sən xoşbəxt deyildin, çünki səni sevmirdim..Bu sənin bir insandan istəyə bilməyəcəyin tək şey idi..Sevilmək..Mən isə mələk deyiləm..Ancaq yaxşılıq edə bilmərəm..Mən özüm üçün yaşayıram, bütün insanlar kimi..Buna dözə bilmədim, ürəyim içimdə öldürürdü məni..Bağışla məni, sənə dəstək olmağı axıra qədər bacarmadım..Çünki mən mələk deyiləm, İNSANAM! Mən mələk deyiləm!Mən incitməyi də, xoşbəxt etməyi də, ağlatmağı da, güldürməyi də bacaran insanam! Mən mələk deyiləm!Bağışlayırsan məni?