Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Agac burcunuz

Agac burcunuz

Agac burcunuz


Agac burcunuz:

23-31 dekabr - Alma

1-11 yanvar - Küknar

12-24 yanvar - Qaraağac

25 yanvar - 3 fevral - Sərv

4-8 fevral - Qovaq

9-18 fevral - Sədr

19-28 fevral -Şam

1-10 mart - Söyüd

11-20 mart - Cökə

21 mart - Palıd

22-31 mart - Fındıq

1-10 aprel - Quşarmudu

11-20 aprel - Ağcaqayın

21-30 aprel - Qoz

1-14 may - Qovaq

15-24 may - Şabalıd

25 may- 3 iyun - Göyrüş

4-13 iyun - Vələs

14-23 iyun - Əncir

24 iyun - Toz ağacı

25 iyun - 4 iyul - Alma

5-14 iyul - Şam

15-25 iyul - Qaraağaç

26 iyul - 4 avqust - Sərv

4-13 avqust - Qovaq

14-23 avqust - Sədr

24 avqust - 2 sentyabr - Şam

3-12 sentyabr - Söyüd

13-22 sentyabr - Cökə

23 sentyabr - Zeytun

24 sentyabr - 3 oktyabr - Fındıq

4-13 oktyabr - Quşarmudu

14-23 oktyabr - Ağcaqayın

24 oktyabr - 11 noyabr - Qoz

12-21 noyabr - Şabalıd

22 noyabr - 1 dekabr - Göyrüş

2-11 dekabr - Vələs

12-21 dekabr - Əncir

22 dekabr - Qayın


Alma - cazibəli, diqqətcəkici, təsir etmə qüvvəsinə malik. Xoş auraya sahibdir. Məcarapərəst olsa da, həssas və comərtdir. Elmi sahələrə marağı var. Xəyalgücü yüksəkdir.

Göyrüş - həyat eşqi olan, tələbkar, tənqidə qulaq asmayan. Ağıllı, bacarıqlı amma eqoist. Bəzən beyni qəlbinə əmr edə bilər. Münasibətləri çox ciddi qəbul edir və sadiqdir.

Qayın - yaradıcı, yüksək zövqə malik. Görünüşünə böyük önəm verir. Karyera və yaxşı yaşayış üçün əlindən gələni edir. Qənaətcildir, lazımsız risqlər etmir.

Toz ağacı - dostcanlı, həyat eşqiolan, təvazökar, kobudluqdan nifrət edən insandır. Xəyal gücüyüksəkdir. Sülhü bərpa etməyi sevir.

Sədr - zərif, hər şəraitə uyğunlaşan, lüksü sevən, özünə güvənən, başqalarına bir az yuxarıdan baxan insandır. Qərarlı, lakin səbrsizdir. Nikbin, bacarıqlı olur.

Şabalıd - ədalətli və şəndir. Diplomat xarakterlidir. Münasibətlərində çox həssasdır.

Sərv - güclü, hər şəraitə uyğunlaşan, nikbin, pulu sevən şəxsdir. Yalnızlıqdan nifrət edir. Sədaqətlidir, ancaq qaydalara riayət etməyi sevmir. Bir az
biganəliyi də var.

Qaraagac - geyiminə diqqət edən, insanları şənləndirməyi bacaran, liderlik etməyi sevən. Dürüst və sadiq həyat yoldaşı ola bilər. Başqalarının əvəzindən qərar verməyi sevir. Yaxşı zəkası və yumor hissi var.

Əncir - güclü, heç kimdən asılı olmayan, mübahisələrə çox önəm verməyən, ailəcanlı, yaxşı ata və heyvansevərdir. Yumor anlayışı var, tənbəllik etməyi sevir. Ağıllı və zəkalıdır.

Küknar - qeyri-adi zövqə sahib, gözəl olan hər şeyi sevən, dikbaş, biganə. O qədər də təvəzökar olmasa da, etibarlı insandır.

Fındıq- cəlbedici, anlayışlı, tələbkar olmayan, sosial həyatda fəaldır. Kaprizli sevgilidir. Ədalət hissi güclüdür.

Vələs- xarici görünüşünə və özünə qulluq etməyə diqqət edir, zövq sahibidir. Başqalarını özlərindən daha çox düşünür. Həyatı mümkün qədər
asanlaşdırmağa çalışır. Xoşbəxtliyi asanlıqla tapmır. Qərarlarından heç vaxt əmin olmurlar.

Cökə - dava-dalaşdan nifrət edir, çalışqan, sterslidir. Mərhəmətlidir, çəkinmədən fədakarlıq edə bilər. Qısqanc, ancaq vəfalıdır.

Ağcaqayın - xəyalgücü böyük, utancaq, qürurlu, özünə güvənən, yeniliyi sevir. Yaddaşı qüvvətlidir.

Palıd - cəsur, güclü, heç kimdən asılı olmayan. Rəhmi gəlmək duyğusu çox azdır. Şansa güvənmir.

Zeytun - Günəşi, isti havanı sevir. Şiddətdən və zorakılıqdan uzaq, sakit, hamı ilə dil tapan şəxsdir. Həssas olsa da, qısqanclıqdan uzaqdır.

Şam - sakit və güclü, təbiidir. O, qədər dostcanlı deyil. Tez aşiq olub, tez sönənlərdəndir. Hər şeydən asanlıqla əl çəkə bilər. Ancaq etibarlı adamdır.

Qovaq - özünə çox etibar etmir, sadəcə lazım olanda cəsarətli ola bilir. Çox seçir, adətən yalnız olur. Kinlidir, yaxşı təşkilatçılıq qabiliyyəti var.

Quşarmudu - insanları şənləndirə bilən, eqoistlikdən uzaq, həyatı sevən şəxsdir. Zövqlüdür, həssas, aktrisalıq qabiliyyəti var. Yaxşı həyat yoldaşı olar, ancaq çox gec bağışlayır.

Qoz - qəribəlikləri var, eqoist və aqressivdir, gözlənilməz reaksiyalar verə bilər. Heç nəyi asanlıqla bəyənməz. Qısqancdır və kimsə uyğunlaşmaq üçün
əmək sərf etməyi, fədakarlıq etməyi xoşlamır.

Söyüd - insanlara təsir edə bilir. Səyahət etməyi sevir, xəyalpərəstdir. Kaprizli olsa da dürüst insandır. Təsir altına asanlıqla düşsə də, tələbkardır,
hissləri qüvvətlidir.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ