Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu Zooparkda Heyvanlar Azaddır, İnsanlar isə Qəfəsdə

Bu Zooparkda Heyvanlar Azaddır, İnsanlar isə Qəfəsdə

Bu Zooparkda Heyvanlar Azaddır, İnsanlar isə Qəfəsdə


lunar.az olaraq, zooparklarla bağlı düşüncələrimizi əvvəllər də sizinlə paylaşmışıq. Heyvanların vəhşi həyatdan uzaqlaşdırılıb, qəfəslərə tıxanması heç bir halda düzgün hesab edilə bilməz. Əgər siz də belə düşünürsünüz, eyni zamanda da vəhşi həyata daha yaxın olmaq istəyiniz varsa, dünyada heyvanlar üçün daha optimal şəraitlərin yaradıldığı zooparkların olduğunu da bilməlisiniz. Bu kimi zooparklardan biri də Lehe Ledu Wildlife Zoo adlı Çində yerləşən heyvanlar dünyasıdır.



Bu zooparkı fərqli edən əsas xüsusiyyət ondan ibarətdir ki, bura gələn insanlar heyvanları qəfəsdə müşahidə etmirlər, əksinə özləri qəfəsə salınırlar. Heyvanlar böyük və geniş, vəhşi təbiətin şərtlərinə çox yaxın şəraitdə yaşadıqları halda, onlara tamaşa etməyə gələn insanlar təhlükəsiz bir maşının arxasına yerləşdirilmiş qəfəsə və ya avtobusa daxil olur, bu gözəlliyə barmaqlıqlar və yaxud da şüşə arxasından baxmalı olurlar. Turistlər müxtəlif vəhşi heyvanlarla çox yaxın təmasda olaraq, unudulmaz təcrübə yaşayırlar.



Qeyd edək ki, Chongqing şəhərində olan bu zoopark sizin vəhşi təbiətlə ən yaxından təmasa keçə biləcəyiniz bir məkandır. Bu cür təcrübəni təhlükəsiz şəkildə yaşamaq bir çox hallarda qetri-mümkündür. Turistlər şirlər, pələnglər və ayıları açıq ərazilərdə yedirdə də bilərlər. Bəzi tənqidçilər pələnglərin pəncəsiylə turistlər arasında olan kiçik məsafənin hər an böyük təhlükəyə yol aça biləcək dərəcədə kiçik olmasıyla bağlı narahatlıqlarını bildirsələr də, hələ ki bu mövzuda heç bir bədbəxt hadisə olmayıb.



Təhlükənin bu qədər yaxın olmasına baxmayaraq, bu zoopark çox populyardır və turistlər bura axın edərək, vəhşi təbiətin sehrini yaxından hiss edir. Qeyd edək ki, Kosta Rika kimi ölkələrdə zooparkların tamamilə bağlanması kimi möhtəşəm addımdan sonra, bu kimi zooparklar bəzi digər ölkələrə maraqlı alternativ ola bilər.








Prinsesa от 17 iyul 2016 15:05
Ay nə maraqlı)getmək istədim lap)
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ