1.Oğul ataya deyir:
- Ata alkaşh nədir?
Ata cavab verir.
- Bax oğlum ordakı 2 agacı 4 dənə görən alkaşhdır.
Oğul deyir.
- Ata !!! Axı orda 1 dənə ağac var.
2.Qadınlar 18-28 yaş arası futbol topu kimidilər, arxalarınca 22 kişi qaçır. 28-35 yaş arası basketbol topu kimidilər, arxalarınca 10 nəfər qaçır. 35-45 arası tennis topu kimidilər, arxalarınca 2 kişi qaçır. 45 yaşdan sonra müharibə topu kimidilər, onlar düşən yerdən bütün kişilər qaçır...xD
3.Bir bomj özünü binadan atır. Dostu bomj gəlir başının üstündə dayanıb onun ciblərini axtarmağa başlayır. Sağ cibindən kolbasa dilimi, sol cibindən turşu xiyar çıxır. Arxa cibindən isə "çubuş" arağı çıxır. Dostu dözmür, kövrəlir və deyir :
-Ay yetim, niyə belə elədin, sənin nəyin əksik idi axı...xD
4.1 gün təyyarədə xarici 1 milyoner kişinin vəziyyəti ağırlaşır və kişiyə qan lazım olur.
Kişi : Mənə kim qan versə ona 10 min $ verəcəm düşəndə.
Təyyarədə axtarırlar və yalnız bizim MameDin qanı uyğun gəlir. O da tutdurur ki, nağdı 4 min $ ver bəsimdi. Kişidə də ancaq kredit kartı olur. Axrı birtəhər 4 min düzəldib verirlər, o da qanından verir. Düşəndə kişi MameDdən bu hərəkətinin səbəbin soruşur.
MameD : Sənin damarıva azərbaycanlı qanı girəndən sonra səndən pul almaq olar ala ?!...xD
5.Bir ovçu meşədə ova gedir, orda ayı ilə rastlaşır. Başlayırlar dalaşmağa, kişi qaçır, ayı da düşür arxasınca. Bunlar Ləzgilər yaşıyan ərazidən keçəndə, ləzgilər hər ikisini tutub döyüb buraxırlar. Sonra bir ləzgi o birisinə deyir :
-Əli silahlı olanı birtəhər döydük, ama bu şuba giyinən güclü idi...xD
6.Bir gün narkaman 1 şir narkotikin vaxtı gəldiyinə görə meşədə narkotik satan dovşanın yanına gəlib deyir :
-Ala dovşan, mənə 1 qutu mal ver də.
Dovşan : Şir malın axırıncısıdı, onun da behin krakadil verib, gəlib aparacaq.
Şir əsəbi halda ayrılıb ağacın arxasında gizlənir. Görür ki, balaca kərtənkələ gəlib dovşandan malı götürüb gedir. Şir əsəbləşir, dovşanı tutub deyir :
-Ala, kərtənkələ belə blatdıdı ki, ona mal verirsən, amma mənə yox ?!
Dovşan : Şir, o krakadildi e, yetim mal vurmaqdan o günə qalıb...xD
7.MameD Tofiqdən soruşur :
-Bu gün boşsan ?
Tofiq : Hə
MameD : Bəs sabah ?
Tofiq : Həə.
MameD : Bəs o biri gün ?
Tofiq : Yox, işim var.
MameD : Heyif, mən də səni qonaq çağıracaqdım...xD
8.Astronovtlar Marsda tərəvəz yetişdirməyi yoxlayacaqlarmış. Ağıl sıfır... 2 pomidor üçün o qədər xərcə dəyərmi. Dünyada tarla yoxdu ala ?...xD9.Bir gün Tofiq MameDi görüb soruşur :
-Yetim, niyə qozbel kimi gəzirsən ?
MameD : Ala nauşnikimin şunuru qısadı, ona görə...xD
10.Həkim : Deməli keçən dəfə sizə məsləhət görmüşdüm ki, yeməkdən sonra ancaq bir siqaret çəkəsiz. Üstündən 1 ay keçib, nəticəsi isə sevindiricidir. Siz xeyli kökəlmisiniz, həm də gümrahlaşmısınız.
MameD : Niyə də olmasın, ay həkim. Sizin məsləhətinizdən sonra mən gündə iyirmi dəfə yemək yeyirəm..xD.
11.MameD ölüm ayağında arvadını çağırır və deyir :
-Mən öləndən sonra mənə xəyanət ətmə, əgər etsən mən qəbirdə bir kruq fırlanacam.
Nəysə, MameD ölür, arvadıda kişiyə bütün ömrü boyu xəyanət edir. Nəhayət arvadda ölür və o biri dünyada gəlib kişisini soruşur :
-Burada MameDi tanımırsınız ?
-Hansı MameDi deyirsən, vintilyator MameD ?...xD
12.100 adama köhnə sevgilisi haqqında nə düşündüyünü soruşduq, 10 məşhur nəsli tükənmiş heyvan növü öyrəndik...xD
13.Teacher : What's your favourite book ?
MameD : FaceBook...xD
14.Deməli bir gün qarışqa meşədə qışqıra-qışqıra qaçır. Birdən qabağına krokodil çıxır. Ağzını yekə açıb soruşur :
-Nooooolub eeeeee, səsin-küyün bürüyüb meşəni ?
Qarışqa : Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə onu öldürürlər.
Krokodil reski ağzını balacalaşdırıb deyir :
-Di sən öl...xD
15.Bir gün MameD sərxoş halda gəlir evə.
Qapının yanına çatanda nə qədər əlləşirsə ki, açarı salıb qapını açsın aça bilmir. Bunu görən qonşusu deyir :
-Ver açarı mən açım.
Sərxoş MameD özündənrazı halda :
-Burax açarı ! Sən qapnı tut yellənməsin, mən özüm açacam...xD