Fransa imperatoru Napoleon Bonapartın birinci həyat yoldaşı Jozefina Boharneyə məxsus olduğu bildirilən taclar təxminən 150 il sonra hərraca çıxarılıb.
Lunar.az xəbər verir ki, satış "Sotheby's" hərrac evi tərəfindən həyata keçirilib. İmperatriçaya məxsus iki tac 763 min dollar (təxminən 1 milyon 296 min 326 manat) müqalibilində yeni sahiblərinə təqdim olunub.
Bildirilib ki, qızılı və qırmızı əqiqdən oyulmuş göy aksentli taclar zərgərlik dəstinə uyğun sırğalar, kəmər və daraqlarla veriləcək.
İkinci qızıl tacın üzərində isə qədim yunan tanrıları Zevs, Dionis, Meduza, Pan və Qayanın əqiq və jade miniatür portretləri var.