Ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.
Lunar.az ted.az-a istinadən bildirir ki, bitkoinin məzənnəsi 1, 2 faiz qalxaraq 34 240 ABŞ dolları təşkil edib.
Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin son 24 saat ərzində 0,99 faiz faiz bahalaşaraq 34 232 dollardan satılıb.
Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.
Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.