Südverən analar daima narahatlıqla yaşayırlar: "Bu və ya digər qidanı qəbul etmək olarmı?"
Yaxud internetdə südverən analara qadağa olunan ərzaqların siyasını axtarırlar. Qeyd edək, belə bir siyahı yoxdur və olsa da düzgün deyil. Südverən ana istədiyi yeməyi, istədiyi ölçüdə qəbul edə bilər. Amma əgər sizin nəsildə xüsusi bir qidaya uşaqların allergiyası varsa, onda öz körpənizi həmin qidanı siz qəbul etdikdən sonra reaksiyasını müşahidə edə bilərsiniz. Amma bir çox şeylərin individual olduğu kimi, sizin körpənizdə də bu allergiya olmaya bilər.
Bəzi analar istiotlu və çox ədviyyatlı yeməklərdən südvermə zamanı çəkinirlər. Amma çox nahaqq yerə. Onların körpəyə hər hansısa qeyri-adi təsiri araşdırmalarda özünü doğrultmayıb. Hətta bir araşdırma südverən ana sarımsaq yeyəndən sonra uşaqların daha yaxşı süd əmdiyini qeyd edir.
Bəzi anaları daima narahat edəm məsələrdən biri qazlılığa səbəb olan ərzaqlar kimi tanınan kələm, brokkoli, lobya, noxud və bu fəsildən olan tərəvəzlərin qəbulu ilə bağlıdır. Qaz və köp yaradan bu tərəvəzlərin körpədə də eyni effekt ola biləcəyi anaları düşündürür. Amma nəzərə alsaq ki, ana südü ananın mədə-bağırsaq sistemində olanlardan deyil, qana sovrulan maddələrdən yaranır, onda bu narahatlığın da yersiz olduğu ortaya çıxacaq.