Azərbaycanda 52 yaşlı qadının əkiz uşağı oldu - FOTO
Bir neçə gün əvvəl Azərbaycanda nadir rastlanan hadisə baş verib. Belə ki, 52 yaşlı qadın əkiz övlad dünyaya gətirib.
Lunar.az-ın məlumatına görə, doğuş Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mama-ginekalogiya şöbəsinin həkimi Arzu İsmayılova tərəfindən həyata keçirilib. Doğuş qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə baş tutub. Həkimin bildirdiyinə görə, bu, 52 yaşlı ananın ikinci hamiləliyidir. Onun ilk hamiləliyi 48 yaşında olub: “Ana və əkizlər tam sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər. Qeyd edim ki, bu qadın ilk dəfə 48 yaşında ana olmuşdu. Bu, onun ikinci hamiləliyidir. Bu dəfə əkiz oğlanları dünyaya gəlib”.