Ana və atalar həddindən artıq tərləməylə birlikdə ortaya çıxan xəstəliklərə qarşılıq körpələrini qorumalıdır.
Bədən temperaturundan asılı olaraq dəyişən tərləmə miqdarı böyüklərdə olduğu kimi körpələrdə də fərqlidir. Bəzi körpələrin bədəni temperatur dəyişikliyinə daha meylli olduğuna görə daha tez tərləyir.
Lakin bəzi hallarda bu tərləmənin çox olması ürək xəstəliyi, yuxu narahatlığı və müxtəlif xəstəliklərə də işarədir. Xüsusilə də uşağınız bəsləndikdən sonra tərləyirsə bu anadangəlmə ürək xəstəliyi əlaməti ola bilər.
Siz valideyni olaraq alacağınız sadə tədbirlərlə uşağınızı tərləməyə qarşı qoruyarsınız. Buna bağlı olaraq da uşağınızı hədsiz isti mühitlərdən qoruyaraq və mövsümünə uyğun geyindirərək tərləməsinin qarşısını ala bilərsiz.