Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hamilələr üçün CİDDİ TƏHLÜKƏ: O diş məcunlarını almayın
  • Facebook
  • Twitter
  • ► Ana və Körpə / Qadın sağlamlığı
  • Baxis 1 268
  • 9-10-2017, 12:44

Hamilələr üçün CİDDİ TƏHLÜKƏ: O diş məcunlarını almayın

Kanadada hamilə qadınlar üzərində aparılan bir araşdırma zamanı gözlənilməz nəticələr üzə çıxıb. Araşdırmanın nəticəsinə görə, qadınların çox istifadə etdiyi bir maddə uşaqlarda zəka səviyyəsini aşağı salır.

Lunar.az-ın xarici mediaya istinadən məlumatına görə, araşdırma Kanadadakı Toronto Universitetində 287 ana-uşaq cütlüyü arasında aparılıb. Araşdırmada hamilə qadınların sidiyindəki florid miqdarı ilə uşaqlarının zəka səviyyəsindəki azalma arasında bağlantı müşahidə edilib

Elm adamı, həkim Hovard Hu florid maddəsinin dölün inkişaf etməkdə olan sinir sisteminə mənfi təsir etdiyini açıqlayıb. Florid, adətən, dişə qulluq vasitələrinin, diş məcunlarının tərkibində olur. Hətta florid tərkibli uşaq diş məcunları da satılır ki, bu da onların sağlamlığı üçün ciddi təhlükə sayılır.

Diş məcunu alarkən onun tərkibinə diqqət yetirin. Mağazalarda “uşaq diş məcunu” adı altında satılan floridsiz diş məcunları da mövcuddur ki, başda hamilələr olmaqla hər kəs məhz onlardan istifadə etməlidir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ