Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hamilə olduğunu uşaq doğulanda bildi – İNANILMAZ HADİSƏ

Hamilə olduğunu uşaq doğulanda bildi – İNANILMAZ HADİSƏ

Təxminən hər 2500 hamiləlikdən birində qadın hamilə olduğundan xəbərsiz olur. Hətta qadın hamilə olduğunu son anda, yəni doğuş zamanı bilir. Bəlkə də inanmayacaqsınız, amma tibdə buna “hamiləlik inkarı” deyilir. Türkiyəli həkim Gökben Hızlı Sayar qadınların yaşadığı bu heyrətamiz halla bağlı geniş məlumat verib. Lunar.az həkimin fikirlərini diqqətinizə çatdırır: “Hamiləlik inkarı və ya “fərqinə varılmayan hamiləlik” qadının və ətrafının irəliləyən hamiləlikdən xəbərinin olmamasıdır. Adətən qadınlar bundan 20 həftədən sonra qarın ağrısı, menstruasiya olmamaq şikayəti ilə həkimə getdikdə xəbər tuturlar. Hətta elə qadın var ki, hamiləliyini heç gözləmədiyi zaman erkən doğuş baş verdikdə bilir. Belə qadınların hamilə olduğunu fiziki quruluşlarından da təxmin etmək olmur. Bu, təxminən 2500 hamiləlikdən birində rastlanır və yaşından, işindən, sosial vəziyyətindən, təhsilindən asılı olmayaraq istənilən qadın bu halla qarşılaşa bilər”.

G.Sayar bu vəziyyətin heç bir psixi halla bağlı olmadığını bildirir: “Bu, hansısa psixiatrik xəstəliklə bağlı deyil. Psixoz, zəka geriliyi kimi zehni fəaliyyəti pozan bir vəziyyətə aid deyil. Fərqində olmadıqları hamiləlikdən əlavə bu qadınlar gündəlik həyatlarını normal vəziyyətdə davam etdirirlər. Qadın kilo almır, bəzən menstruasiya da ola bilir. Uşağın bətndəki hərəkətlərini hiss etdikdə isə qadın bunun başqa səbəbi olduğunu düşünür. Bəzən qadın mədəsi qıcqırdığına görə müayinə olunduqda həkim də bunun hamiləlik ola biləcəyini ağlına gətirmir və bu halı gözdən qaçırır”.

Həkim deyir ki, “gizlənən hamiləlik” həm ana, həm də uşaq üçün riskdir. Hamiləlikdə lazım olan tibbi yoxlamaların olmaması, hamilə olduğunu bilməyən qadının pis qidalanması, spirtli içki, siqaret istifadə etməsi, doğuşun hazırlıqsız formada başlayıb uyğun olmayan şərtlərdə həyata keçməsi onların hər ikisi üçün böyük risk daşıyır: “Bütün bu təhlükəli tibbi vəziyyətlərlə bərabər, ananın və ətrafındakıların da verdiyi reaksiya təhlükəli ola bilər. Belə qadınlara tibbi və psixoloji yardım göstərilməlidir”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ