Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Körpəmin geyimlərini necə yumalıyam?

Körpəmin geyimlərini necə yumalıyam?

Balaca və mələklər kimi günahsız körpənizin bu qədər paltarı necə çirkləndirdiyini fikirləşirsiniz? Bu çaşqınlıqdan xilas olduqdan sonra narahatlıq duyacağınız digər mövzu "İstifadə etdiyim yuyucu vəsaiti körpəmin dərisinə zərər verərmi?" olacaq. Çox təəssüf ki, bəli! Amma narahat olmağa dəyməz. Bildiyimiz kimi, körpələrin dəri quruluşu böyüklərinkindən fərqlidir, və öz paltarlarımız üçün istifadə etdiyimiz yuyucu vasitələr körpələrin dərisinə zərər verə bilər. Ona görə də körpənizin paltarlarını mütləq körpələr üçün spesifik hazırlanmış yuyucu vasitələrlə yuyun. Belə etdikdə siz körpənizin dərisini qorumuş olacaqsınız.

Körpənizin dərisi son dərəcə həssasdır. Bunun səbəbi dərisinin hələ xarici təsirlərə məruz qalmamasıdır. Bu səbəbdən dərinin xarici faktorlara qarşı qoruyucu təbəqəsinin tam olaraq meydana gəlmir. Məsələn, körpə dərisində bölgə keratin təbəqəsi inkişaf etməmişdir. Geyimlər qızartı və bədənində həssaslıq yarada bilər. Eyni zamanda kimyəvi baxımdan qıcıqlandırıcı xüsusiyyət daşıyan təmizlik vəsaitləri və yuyucular da eyni mənfi təsiri yaradırlar.

Niyə Maye Yuyucu?

Körpələrin həssas dəriləri və körpə dərisinin pH dəyəri nəzərə alınmaqla istehsal olunmuş xüsusi yuyucu və yumşaldıcılar körpə bədənində qızartı və həssaslıq kimi mənfi təsirlər göstərmir və ya bu təsirləri minimum səviyyəyə endirir. Bildiyimiz toz paltar yuyucular, dənəcik strukturları üzündən tam durulanamaya bilər və paltarlar üzərində qalıq buraxa bilər. Tərkibindəki kimyəvi maddələr, körpə dərisində və həssas dərilərdə qıcıqlanmalara səbəb ola bilər.
Yeni geyimlər istehsal, nəqliyyat və satış zamanı üzərlərində toz, çirk və bakteriya tuturlar. Körpənizin həssas dərisində yeni aldığınız geyimləri yumadan geyindirmişsinizsə qızartı və ya allergiya meydana gələ bilər. Bu səbəbdən ən qiymətli varlığınıza gigiyenik olmayan geyimləri geyindirməyin, əvvəlcə mütləq yuyun .
Yuduqdan sonra gigiyena:
Yuduqdan sonra körpənizin paltarlarını günəş düşən bir yerdə qurudun. Günəş şüaları bəzi bakteriyaların yox olmasına kömək edir. Paltarları quruduqdan sonra sərin və quru bir yerə ya da uşağınızın şkafına qoyun. Yuma və günəşin yox edə bilmədiyi bakteriyalardan xilas olmaq üçün isə körpənizin paltarlarını mütləq ütüləyin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ