Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yeni doğulmuş körpənin dərisində ləkələr varsa... - DÜZGÜN QULLUQ QAYDALARI

Yeni doğulmuş körpənin dərisində ləkələr varsa... - DÜZGÜN QULLUQ QAYDALARI

Yeni doğulmuş körpənin dərisi yumşaq və həssasdır. Buna görə də dəri baxımı düzgün qaydalarla həyata keçirilməlidir. Lunar.az yeni doğulmuşun dərisinə düzgün qulluq qaydalarını təqdim edir.

Yeni doğulmuşun dərisinə qulluq dedikdə ilk növbədə onun göbəyinə qulluq gəlir. Uşaq doğulduqda göbəyi 10 sm-dən kiçik ölçüdə kəsilir. Göbək ciyəsi bir neçə gündən sonra öz-özünə quruyub qopur. Bu müddətdə göbəyə düzgün qulluq etmək lazımdır. Onu dartmaq, burmaq və ya qoparmaq olmaz. Göbək nahiyə quru saxlanılmalıdır. Onun üstünü paltarla, bezlə örtmək lazım deyiL. Göbək hava ilə nə qədər əlaqəli olarsa, bir o qədər də tez quruyar. Göbək ciyəsi steril su ilə təmizlənməli, steril tənziflə örtülməli, havalandırılmalıdır. 15 gün müddətində qopub düşməsə, mütləq həkimə müraciət etmək lazımdır.

Yeni doğulmuş körpənin dərisinin üzərində pərdə kimi bir təbəqə olur. Onun da çimdikcə öz-özünə getməsini gözləyin. Bu dəri təbəqəsinə el arasında “qonaq” deyilir. Ona qarşı nəmləndirici şampun və krem də istifadə edə bilərsiniz.

Yeni doğulmuş körpənin dərisi qat-qat olduğundan bəzən bu qatların arasına kir yığıla bilər. Ona görə bu qatları hər gün təmizləmək lazımdır.

Bəzi körpələr doğuşdan quru dərili olur. Kəpək kimi görünən quru dəridən qurtulmaq üçün çimizdirəndən sonra körpənizin dərisini təbii nəmləndiricilərlə kremləyin.

Körpəni çimizdirərkən suyu ilıq, 37 dərəcədən aşağı edin. Əgər ortam istidirsə, 21-22 dərəcə edə bilərsiniz. 5-10 dəqiqədən çox suda saxlamayın. Süngər kimi vasitələrdən istifadə etməyin. Nəmləndirici kremlər çiməndən sonra ilk 3 dəqiqədə daha effektli olur. Axşam saatlarında, ya da yatmadan əvvəl körpəni çimizdirmək ona rahatlıq verir. İlk aylarda həftədə 2, ya 3 dəfə çimizdirin. İlk aylardan sonra gündəlik olaraq çimizdirə bilərsiniz.

Körpə altını batırdıqda onu su ilə yumaq lazımdır. Yumağa imkan yoxdursa, o zaman ətirsiz və spirtsiz nəm salfetlə silə bilərsiniz. Saatlarla elə vəziyyətdə qalması körpədə göbələk, bişməcəyə yol açar. Tez-tez bezini dəyişdirin.

Körpənin qasıq və başqa büküm yerlərində qırmızı ləkələr yaranırsa, narahatdırsa, göbələk problemi ola bilər. Ən yaxın zamanda dəri həkiminə baxdırın.

Körpələrin paltarları körpələrə özəl sabunlarla yuyulmalıdır. Geyimlər yaxşı durulanmasa, ekzema və səpgilər yarana bilər.

Ən mühümü isə körpənizi günəşdən qorumalısınız. Çünki körpələri ultrabənövşəyi şüalardan qoruyan piqmentlər bədəndə hələ inkişaf etməyib və həssasdır. Buna görə günəşdən qoruyucu kremlər istifadə edərək, günəş şüalardan qoruyacaq geyimlər geyindirərək havaya çıxarın.

Ailem.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ