Mütəxəssislər yanmış bölgənin üzərinə ilk yardım olaraq qatıq, yağ, diş məcunu kimi maddələrdən sürtülməsini qadağan edir.
İmmunitet sistemi tam inkişaf etmədiyindən körpələrdəki yanıqların sağalma müddəti uzun çəkir. Bildirək ki, körpələrdə kiçik bir yanıq belə, həyati təhlükə daşıya bilər. Buna görə yanıq üzərinə diş məcunu, ya qatıq sürtmək olmaz. Yanıq zədəsi almış bölgəni dərhal soyuq suyun altına tutmaq lazımdır. Yanan yeri təxminən 10 dəqiqə soyuq suyun altında saxlamaq həm ağrını dindirir, həm də yanığın dərinləşməsinin qarşısını alır.
İsti yemək və içkiləri körpələrdən uzaq tutun
5 yaşdan kiçik uşaqlarda ən çox isti yemək və içkilərdən dolayı yanıqlar yaşanır. Yetkin biri üçün isti kimi dəyərləndirilməyən bir içki körpələr üçün dəri yanığına səbəb ola bilər.
Körpələrdəki yanıqlara laqeyd yanaşıldığında həyatı boyu iz və funksiya itkisi ilə nəticələnə bilər. Özəlliklə əl, ayaq və genital bölgənin yanıqları zamanı uşaq mütləq xəstəxanada yatmalıdır. Yanıq üzərinə diş məcunu, qatıq kimi məhsulların sürtülməsi xüsusilə uşaqlar geri dönülməz sağalma prosesi başlada bilər. Səthi yanıqlarda bitki mənşəli, ya da başqa növ materialın istifadəsi infeksiyalara səbəb ola, hətta səthi yanığı dərin yanığa çevirə bilər. Bu da dəri toxumasının itkisinə səbəb olur.
İlk etməli olduğunuz yanıq bölgəsini dərhal soyutmaqdır
Əgər yanıq bölgəsində dar bir geyim varsa, mütləq onu çıxarın. Hər hansı geyim parçası yanıq bölgəsinə yapışıbsa, ona əsla əl vurmayın. Yanıq bölgəsini mətbəxdə istifadə edilən streç sellofanla sarıyın. Yapışa biləcək heç bir şey istifadə etməyin. Dərhal evə ən yaxın xəstəxanaya gedin.
Yanma hallarının qarşısını almaq üçün tövsiyələr
Evdəki qızdırıcı soba və radiatorların ətrafına mütləq baryer qurun.
Körpələrinizi mətbəxdən uzaq tutun.
Lampa və elektrik naqillərini görünməyəcək şəkildə gizlədin.
Çimizdirərkən vannaya ilk öncə soyuq su, sonra isti su qatın. Suyun istiliyini əvvəlcə öz dirsəyinizlə yoxlayın.
Saç quruducu və buna bənzər alətləri uşaqdan uzaq tutun.
Yemək bişirərkən qazanın tutacaqlarını uşağın əl ata bilməyəcəyi səmtə çevirin.
İsti şey içərkən uşağı özünüzdən uzaq tutun.
Uşağınızın başının üzərindən əldən-ələ çay ötürməyin. Bir damcı isti su belə, uşağın dərisini yandıra bilər.