Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hamiləlik dövrü - 6-ci Həftə

Hamiləlik dövrü - 6-ci Həftə

Hamiləlik dövrü - 6-ci Həftə


Qadın
Əgər siz erkən toksikozun cazibəsindən yan keçə bilməmisinzsə, artıq bu həftə ürəkbulanma güclənə bilər. Bəzi qadınlar müxtəlif qoxulara qarşı dözümsüz olurlar, tüpürcək ifrazı artır, «şişkin» süd vəziləri əlavə olaraq onların zaman zaman sancması ilə narahatlıq doğura bilər. Yuxarıda qeyd edildiyi kimi, buna səbəb orqanizmdə baş verən dəyişikliklərdir. Bütün bunlar körpənizin normal inkişafı üçün münbit şəraitin yaradılmasına yönəlmişdir və xoş niyyət daşıyır. Orqanizminizin hormonal mühitin dəyişməsinə belə reaksiya verməsi, sadə dildə desək, «istehsalat məsrəfləridir».

Əhvalı pozan səbəblərin aradan qaldırılması mümkün olmadığı üçün bu vəziyyətə uyğunlaşmağa çalışın. Bir neçə xeyirli məsləhət:
• Hamilələr üçün vitamin preparatlarını qəbul etməkdə davam edin (ya da indi başlayın) və bunu qusma baş verməyən saatlarda etməyə çalışın. Bu, hər zaman toksikozu azaltmağa yardım etməsə də, dölü tələb olunan miqdarda vitaminlərlə təmin edir.
• Az, lakin tez-tez (gün ərzində 6-7 dəfə) yeməyə çalışın. İlk yeməyinizi hələ ayağa qalxmamış yataqda yeyin, sonuncu qidanı yatmazdan bir az öncə qəbul edin. Müxtəlif ərzaqlardan dadın – ola bilsin ki, suxari və ya kreker, bəlkə kişmiş, ya krabli çipsilər öyümənizi azaldar.
• Maye qəbulu da önəmlidir – meyvə şirəsi, mineral su, həmçinin meyvə ( qarpız, qovun, xurma yaxud armud), ya da tərəvəz (xiyar və pomidor salatı və s.) mayeyə olan tələbatınızı ödəyəcək. Qusmadan əziyyət çəkirsinizsə, bu daha vacibdir, çünki bu zaman siz çoxlu miqdarda maye və duz itirirsiniz.
• İstirahətə çox vaxt ayırın, erkən yatın və gec qalxın. Gün ərzində, xüsusən səhərlər ağır işlərdən çəkinin.
• Sizi qıcıqlandıran qoxulardan (dezodorant, ətirli su və digər parfümeriya məhsullarından, qida qoxularından) və dadlardan uzaq durun.

Ailə üzvləri – istəkləri məhdudlaşdırılsa da - bu məsələdə diqqətli olmalıdırlar. Bəzi qadınlar təsdiq edirlər ki, səhərlər yaxşı diş məcunu və ya saqqız ürəkbulanmanı azaldır. Siz də sınaqdan keçirin, bəlkə, kömək etdi.

• Stresdən uzaq olun. Stresin səbəbini aradan qaldırmaq mümkün deyilsə (məsələn, bu sizin işinizlə bağlı ola bilər), psixoterapevtə müraciət edin. Bu, sizin psixi – emosional gərginliyinizi azaldar və indiki vəziyyətinizə fərqli yanaşmanızı təmin edər. Həmçinin, siz autotreninqin əsaslarına yiyələnə bilərsiniz ki, bu da erkən toksikozla mübarizədə effektli silahdır.

• Bəzən Şərq təbabəti də kömək edir. İynə ilə müalicə, barmaq akupunkturası ürəkbulanma və qusmadan, başağrılarından, tüpürcək ifrazından (ptializm) və erkən toksikozun digər təzahürlərindən xilas olmağa yardım edir. Bu işdə diqqətli olun. Şərq təbabətinə üz tutduqda, mütəxəssislərin yüksək professional səviyyəsinə əmin olmadan onları xidmətindən istifadə etməyin. Təəssüf ki, tibb bazarı bu sahə ilə məşğul olan səriştəsiz adamlarla doludur. Bu və ya digər qeyri – ənənəvi tibb mərkəzlərindən istifadə etmiş qohum və dostlarınızdan məlumat toplayın. Həkiminizlə də məsləhətləşin.

Dərmanlarla özünümüalicə qəti yolverilməzdir. Yaxşı olar ki, əvvəlcə mütəxəssisə müraciət edəsiniz. Yaxşı həkim problemlərinizin həlli üçün münasib yollar göstərəcək (gələcək körpənizin maraqlarını nəzərə alaraq).

I-ci həftə üçün tövsiyələri unutmayın.

Gələcək uşaq
Bu həftə körpənizin orqanizmində xeyli möhtəşəm yeniliklər baş vermişdir. Lakin ən əsas iki xəbər var.

Birinci –onun ürəyi döyünür! Yaxşı ultrasəs skanerdə 4-6 mm –lik bədəndə yerləşmiş kiçik ürəyin yığılmasını sezmək olar.

İkinci – sinir borucuğu tam qapanmışdır. Qəbul etdiyiniz fol turşusunun (multivitaminlərin tərkibində və ayrılıqda) bu işdə az rolu olmayıb. Bundan başqa əllərin və ayaqların, daxili qulağın ayrı –ayrı hissələrinin və qırtlağın formalaşması başlayır. Cift (uşaq yeri) durmadan inkişaf edir, bu xüsusi orqan gələcəkdə tənəffüs, qidalanma, dölün müdafiəsi, həmçinin hormonların istehsalını təmin edəcək.//qadinlar.biz/








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ