Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - VİDEO
Sumqayıtda yeni doğulan körpəni müayinə edən zaman həkimlər maraqlı vəziyyətlə üzləşiblər. Çəkisi 4 kiloqrama yaxın olan qız uşağının 2 dişinin olduğu müəyyən edilib. Həkimlər belə halın nadir olduğunu bildiriblər.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıtdakı xəstəxanalardan birində qeydə alınıb. Bu gün dünyaya gələn qız uşağının boyu 55 sm, çəkisi isə 3 kq 800 qramdır. Körpənin dişləri ilə doğulması isə stomotoloqları da təəccübləndirib. Onlar bunun normal hal olmadığını deyirlər.
Buna görə də həkimlər kiçik bir müdaxilə ilə uşağın dişlərini çıxarıblar.
Pediatrlar isə belə durumların hər 3-4 min uşaqdan bir rast gəlindiyini bildirirlər.