Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Smes"in uşağa düşmədiyini necə bilmək olar? - Pediatr İZAH ETDİ

"Smes"in uşağa düşmədiyini necə bilmək olar? - Pediatr İZAH ETDİ

Pediatrlar ana südünü uşağa vacib qida olaraq bilirlər. Onlar bildirir ki, körpə ilk 6 ay ancaq ana südü ilə qidalanmalıdır.


Ancaq ana südü kifayət etməyəndə hazır qidalar tövsiyə edilir.

Son zamanlar isə həkimlər firma reklamı ilə bağlı istədikləri yeməyi anaya məsləhət görürlər. Bəzən isə smes uşağa düşmür və bunu ananın anlaması bir az çətin olur.

Bəs smesin vücuda düşüb-düşmədiyini necə anlamaq olar?

Mövzu ilə bağlı medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva smesin düşmədiyini göstərən əlamətləri açıqlayıb: "Əsasən smeslər inək südü ilə hazırlanır. Bəzən uşaqlarda bu, allergiya verə bilər. Təbii ki, uşağın südə allergiyası varsa, bu? meydana çıxacaq.

Bundan əlavə olaraq uşaqda smesdən sonra qızartı, arxa yanda, əllərdə qızarıqlıq, ishal, qəbizlik, qusma meydana gələrsə, bu, smesin düşmədiyi deməkdir. Yəni ümumiləşdirsək, normal uşaqda görülməyən əlamətlər hazır qidadan sonra baş verərsə, bu o deməkdir ki, smes bədənə düşmür”.

Bu zaman görüləcək tədbirlərdən də bəhs edən pediatr dərhal smesin dayandırılmasını tövsiyə edib.

"Smes kəsilir və müalicə tədbirləri görülür. Və ya müalicəvi smeslərə keçid olunur", -deyə Quliyeva vurğulayıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ